KİPR ADASI ƏTRAFINDA GƏRGİNLİK BÖYÜYÜR - İsrail Türkiyəyə qarşı “təcili müdaxilə gücü” altında adaya 2500 hərbçi yerləşdirdi

KİPR ADASI ƏTRAFINDA GƏRGİNLİK BÖYÜYÜR - İsrail Türkiyəyə qarşı “təcili müdaxilə gücü” altında adaya 2500 hərbçi yerləşdirdi  

SİYASƏT

Bugün, 10:07

İsrailin yunanların yaşadığı Kiprdə hərbi və siyasi gücünü artırması bölgədəki gərginliyi daha da böyüdüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrail artıq Kiprə ehtimal olunan hücum (təbii ki, burada Türkiyə nəzərdə tutulur – Mia.az) zamanı ada dövlətinə dəstək məqsəsdiylə "Təcili müdaxilə gücü” adı altında hərbi birlk yerləşdirib.

Məlumata görə, 2500 nəfərlik xüsusi təyinatlı hərbi birlik hər cür texniki dəstəyə sahibdir.Ekspertlərin fikrincə, İsrailin Kiprdə hərbi gücünü artırması və üstəlik, ada dövlətində siyasi və iqtisadi gücünü də dərinləşdirməsi Aralıq dənizinin şərqində Yunanıstanla birgə Türkiyə əleyhinə böyük təhlükə vəd edir.

Məsələ ilə bağlı “Türkiye” qəzetinə danışan professor Mehmet Hasgüler bildirib ki, Qərb ölkələrinin Kiprinn yunanlar yaşayan hissəsini Avropa Birliyinə daxil etməklə Kipr problemini “avropalaşdırsa” da, İsrailin müdaxiləsi vəziyyəti dəyişə bilər: “israilin son həmlələriə baxdıqda, avropalaşmış Kiprin indi İsrail olmağa başladığını görmək olar. Unutmayaq ki, israil adaya artıq hərbi güc də yeridib. İsrail Baş naziri Binyamin Netanyahu və Kipri ​​lideri Nikos Xristodulidesin son illərdə müdafiə və kəşfiyyat sahələrində sıx əməkdaşlıq etdiyini də yada salaq. Buraya Yunanıstanın da təsirini əlavə etsək, Türkiyəyə qarşı güclənən bir ittifaqı görməmək mümkün deyil. Kipr faktiki olaraq Aralıq dənizində Türkiyə əleyhinə hərbi məntəqəyə çevrilir”.

“Türkiye” qəzetindəki xəbərdə İsrail vətəndaşlarının Kiprdə geniş torpaq sahələri və mülklər almasını və hətta bəzi ərazilərdə yalnız israillilərin yaşadığı zonaların yaradıldığı da xüsusi qabardılıb.

Ekspertlər deyir ki, bu, gələcəkdə daha böyük problemlərə səbəb yaradacaq…

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR