Şərhçi haqqında həbs qərarı verildi

Şərhçi haqqında həbs qərarı verildi

PRESS

Bugün, 09:37

Türkiyədə qanunsuz mərc oyunları, fırıldaqçılıq, rüşvət və çirkli pulların yuyulması üzrə açılmış cinayət işi çərçivəsində saxlanılan “Bəyaz TV“də şərhçi kimi çalışan Rasim Ozan Kütahyalı haqqında qərar verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, heabına mərc oyunlarından daxil olan 35 milyon TL məbləğindəki vəsaitlə bağlı əsaslı izah verə bilməyən jurnalist haqqında İstanbul məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Məlumatda deyilir ki, məhkəmə onunla yanaşı, 4 vəkil haqqında da oxşar qərar verib.

Həbsxanaya göndərilən Rasim Ozan Kütahyalı məhkəmə binasının çıxışında suallara cavab verməkdən yayınıb: "Bilmirəm, yanlış anlaşılma var".

Xatırladaq ki, 30 aprel 1981-ci ildə İzmirdə anadan olan Rasim Ozan Kütahyalı məşhur jurnalist Nagehan Alçının keçmiş əridir.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR