AFFA bir neçə klubu cəzalandırıb

AFFA bir neçə klubu cəzalandırıb

İDMAN

Bugün, 15:38

AFFA İntizam Komitəsi "Zirə" və daha bir neçə klubu cəzalandırıb.

Mia.az xəbər verir ki, bu barədə bugünki iclasda qəbul edilib.

Qərara əsasən, "Zirə"nin 5 futbolçusu "Sabah"a qarşı Azərbaycan Kubokunun final matçında sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə olunub.

Bundan başqa, "Qəbələ" klubu Asif Məmmədova görə 10 min manat cərimələnib.

Belə ki, Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən "Qəbələ" – "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu 4 matç cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.

Həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydana kənar əşya atılması isə 2 000 manat ziyana salıb.

Mayın 10-da baş tutan "Neftçi" – "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan qonaq komanda 700 manat cərimə edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR