Kuba XİN: “Bu, siyasətçilərin qumar oyunudur”

Kuba XİN: “Bu, siyasətçilərin qumar oyunudur”

DÜNYA

Bugün, 08:27

“ABŞ-ın Kubaya hücum etməsi üçün heç bir əsas yoxdur. Əgər beynəlxalq hüquq taplanar və ölkəmizə hücum olsa, bu, humanitar fəlakətə səbəb olacaq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kubanın xarici işlər naziri Bruno Rodrigez deyib.

Onun sözlərinə görə, Kuba heç vaxt təslim olmayacaq: "ABŞ-ın Kubaya hücumu çox ağır qan tökülməsinə səbəb olacaq. Bu, uşaqlarını və qohumlarını müharibəyə göndərməyən siyasətçilərin qumar oyunudur və həm Kuba, həm də ABŞ vətəndaşları bu savaşda həyatlarını itirəcəklər. Halbuki, ABŞ-ın Kubaya hücum etməsinə əsası yoxdur. ABŞ kimi supergüc, sadəcə kiçik bir azlığın siyasi sistemini və ya hökumətini dəyişdirmək ambisiyası ilə yaşayır. Biz – Kuba isə ABŞ-a heç bir təhlükə yaratmayan kiçik bir ada dövlətiyik”

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR