Partiya sədri: “Prezidentlə görüşməmişəm, danışmamışam”

Partiya sədri: “Prezidentlə görüşməmişəm, danışmamışam”  

SİYASƏT

Bugün, 17:07

Türkiyədə müxalif İYİ Partiyasının lideri Müsavat Dərvişoğlu ölkə prezidenti Ərdoğanla görüşməsi və ya telefonla danışması barədə mediada yayılan xəbərə sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, partiyasının deputatları ilə toplantıda bu iddiaları təkzib edib.

Partiya lideri bildirib ki, prezident Ərdoğanla hər hansı bir formada danışıq aparmayıb, nə də gizli görüşləri olmayıb: "Onunla danışsaydım, danışdığımı deyərdim. Görüş olsaydı, görüşdüm deyərdim. Mən belə şeyləri gizlədəcək sədrlərdən deyiləm. Bu yalanları kimin yaydığını bilirəm. Hesab edirlər ki, belə saxta ssenari zehni ilə böyük iş görürlər”

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR