TƏBİB rəhbəri məşhur alimin qızını yüksək vəzifəyə təyin edib 

TƏBİB rəhbəri məşhur alimin qızını yüksək vəzifəyə təyin edib 

CƏMİYYƏT

Bugün, 13:58

Xəbər verdiyimiz kimi, bu gün TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov bəzi xəstəxanalara rəhbər şəxslər təyin edib.

Mia.az xəbər verir ki, onun Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə təyin etdiyi professor Fərəh Afad qızı Qaraqurbanlı görkəmli dilçi-alim, müasir Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun qızıdır.

Fərah xanımın anası Zöhrəxanım Qurbanova və qardaşlarından biri Fuad Qurbanov da həkimdir.

Digər qardaşı Ramin Qurbanov (Qaraqurbanlı) isə məhkəmə hakimidir.

Bacısı Fidan Qurbanova isə atasının yolu ilə gedir. O, dilçilik üzrə professordur.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR