Qvardiola Premyer Liqanın ən yaxşı məşqçisi seçilib

Qvardiola Premyer Liqanın ən yaxşı məşqçisi seçilib  

İDMAN

Bugün, 15:40

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola daha bir titular sahiblənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,o, aprel ayı üzrə İngiltərə  Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Məlumata əsasən, onun rəhbərliyi altında "Mançester Siti" aprel ayında liqadakı üç oyununun hamısında qalib gəlib.

Pep Qvardiolanın komandası aprel ayında "Çelsi"ni 3-0, "Arsenal"ı 2-1 və "Börnli"ni 1-0 hesabı ilə məğlub edib.

Onu da bildirək ki, hazırda 71 xalla liqada ikinci yerdə olan "Mançester Siti" "Arsenal"la çempionluq uğrunda yarışır.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR