Meksikada məktəblər vaxtından əvvəl bağlanacaq – DÇ-2026-nın oyunlarına görə

Meksikada məktəblər vaxtından əvvəl bağlanacaq – DÇ-2026-nın oyunlarına görə  

İDMAN

Bugün, 16:06

2026-cı ilin iyun aynın 11-dən başlayacaq Dünya Çempionatı (DÇ-2026) yarışlarının bəzi oyunlarının keçiriləcəyi Meksikadakı məktəblər vaxtından 40 gün tez bağlanacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə hökuməti qərar verib.

Qərarda DÇ-2026-nın oyunları ilə yanaşı, ölkədəki isti hava da “bəhanə” gətirilib.

Meksikanın Xalq Təhsili naziri Mario Delqado bildirib ki, dərslər 5 iyunda yekunlaşacaq.

Qeyd edək ki, yarış 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə başlayacaq. 

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR