Ukrayna Rusiyanın bu şəhərinə dronlarla zərbə endirib – 13 nəfər yaralanıb, 350 nəfər təxliyə olunub

Ukrayna Rusiyanın bu şəhərinə dronlarla zərbə endirib – 13 nəfər yaralanıb, 350 nəfər təxliyə olunub

GÜNDƏM

Bugün, 12:14

Ukrayna dronları Rusiyanın Bryansk şəhərinə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Bryansk vilayətinin rəhbəri Aleksandr Boqomaz açıqlama veirb.

Onun sözlərinə görə, hücum nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar: “Son sutkada bölgədəki hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus ümumilikdə 121 PUA-nı məhv edib. Təəssüf ki, Bryanskdakı dronlardan iki çoxmərtəbəli binaya də tuş gəlib. Nəticədə təəssüf ki, biri uşaq olmaqla 13 nəfər yaralanıb. Binalrada yaşayan təxminən 350 nəfər isə təxliyə olunub”

Moskva meri Sergey Sobyanin isə bildirib ki, Moskvaya doğru yön alan 11 PUA da zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, dünən yerli vaxtla saat 21:00-dan bu gün səhər saat 7:00-dək Moskva, Qara dəniz, Azov dənizi və Xəzər dənizi də daxil olmaqla müxtəlif bölgələr üzərində 347 Ukrayna dronu məhv olunub.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR