İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi ilə görüşdü - Müzakirə + FOTOLAR
GÜNDƏM
05.05.2026, 19:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlanıb, onun 2025-ci ildə ölkəyə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edilib.
Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.
Kaya Kallas Antonio Koştanın ölkəyə səfəri zamanı dövlət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxunub.
Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu deyib.
Prezident İlham Əliyev ölkəsi ilə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəsinin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bu xüsusda dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.
Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunulub, ölkənin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulanıb. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkənin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirilib. Ötən gün İrəvanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirilib.
Görüşdə vurğulanıb ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.
Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edilib, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olunub.
Dövlət başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İctimai Televiziya üçün fərqli model: Taleh Şahsuvarlı namizədliyini verdi
05.05.2026, 22:17 PRESS
-
Milli Onkologiya Mərkəzinin həkim-radioloqu dünyasını dəyişdi
05.05.2026, 22:17 GÜNDƏM
-
İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi ilə görüşdü - Müzakirə + FOTOLAR
05.05.2026, 19:58 GÜNDƏM
-
Prezident və Birinci xanım 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgilərində - FOTOLAR (Yenilənib)
05.05.2026, 18:59 GÜNDƏM
-
İcra başçısının köməkçisi vəfat edib
05.05.2026, 18:19 GÜNDƏM
-
Saxta kürü məhsulları ilə bağlı monitorinq aparılıb
05.05.2026, 18:00 İQTİSADİYYAT
-
Türkiyənin qorxu saçan yeni kamikaze PUA-sı… - "KUZGUN" + FOTO
05.05.2026, 17:44 DÜNYA
-
Bakıda maşınlar toqquşdu: ölən var
05.05.2026, 17:39 KRİMİNAL
-
Rumıniya hökuməti dağıldı - Baş nazir vəzifədən uzaqlaşdırıldı
05.05.2026, 17:28 DÜNYA
-
Millimız iki ölkə ilə yoldaşlıq oyunu oynayacaq
05.05.2026, 17:20 İDMAN
-
İran XİN: “Əsas qayəmiz müharibəni bitirməkdir” – “İranın Körfəz ölkələri ilə düşmənçiliyi yoxdur"
05.05.2026, 17:08 SİYASƏT
-
Bakıda məktəbdə şagirdlər zəhərləndi, direktora cəza verildi - FOTOLAR
05.05.2026, 17:02 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
05.05.2026, 17:00 İQTİSADİYYAT
-
CHP lideri ilə deputatın toxunulmazlığı ləğv olunacaq? – Parlamentə 4 dosye göndərildi
05.05.2026, 16:53 SİYASƏT
-
Prezident İlham Əliyev daha bir qanunu təqdirləyib
05.05.2026, 16:36 GÜNDƏM
-
Prezident bu qanunlara dəyişiklik etdi - Nələr olacaq?
05.05.2026, 16:33 GÜNDƏM
-
PREZİDENT ONU REKTOR TƏYİN ETDİ - FOTO
05.05.2026, 16:28 GÜNDƏM
-
Danışanda ağzından bal damırdı... - Seymur Verdizadə yazır
05.05.2026, 16:22 YAZARLAR
-
"Bizi pisləyirlər, amma yenə də bizimlə işləyirlər" - Şahbaz Xuduoğlu ittihamlara cavab verdi
05.05.2026, 16:10 PRESS
-
Rüfət Səfərov şahidlə üzləşdirildi - Məhkəmə prosesi
05.05.2026, 15:59 SİYASƏT
-
Dəyanət Sədullayev yüksək vəzifəyə təyin edilib
05.05.2026, 15:49 İQTİSADİYYAT
-
May gəldi, lakin… -Türkiyənin bu şəhərində qar yağdı (FOTOLAR)
05.05.2026, 15:39 GÜNDƏM
-
İrandan yeni həmlə - XİN başçısı Çinə gedir
05.05.2026, 15:17 DÜNYA
-
İcra Hakimiyyətinin tenderləri ləğv olunub - 1.2 milyon manatlıq
05.05.2026, 15:14 İQTİSADİYYAT
-
İlham Əliyev Baş katibi qəbul edib - Nələr müzakirə olunub?
05.05.2026, 15:02 GÜNDƏM
-
"Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında..." - Ceyhun Bayramov Kallasla görüşdü + FOTOLAR (Yenilənib)
05.05.2026, 14:58 SİYASƏT
-
Fransa klubu kisənin ağzın açdı – “Qalatasaray”ın hücumçusunu istəyirlər
05.05.2026, 14:51 İDMAN
-
Avropa siyasətində xüsusi çəkiyə sahib xarizmatik xanım lider... - Bakıya səfər nə vəd edir? (TƏHLİL)
05.05.2026, 14:46 SİYASƏT
-
AAYDA-da daha üç qurum ləğv edildi - Vüsal Nəsirli Agentlikdə struktur və kadr dəyişiklyini genişləndirir
05.05.2026, 14:37 GÜNDƏM
-
Azarkeşlərin maraqla gözlədiyi oyun: “Bavariya” – PSJ matçı bu kanaldan açıq yayımlanacaq
05.05.2026, 14:25 İDMAN
-
Media subyektləri üçün müsabiqə elan olunub
05.05.2026, 14:16 PRESS
-
Kaya Kallas Azərbaycanda: "Azərbaycan Avropa İttifaqı üçün dəyərli və..."
05.05.2026, 14:12 SİYASƏT
-
Tikinti materiallarının qiyməti artıb - Cədvəl
05.05.2026, 14:04 İQTİSADİYYAT
-
Ailə böhranı tendensiyası və ya komitə sədriylə nazirin utopik aforizmləri...
05.05.2026, 13:52 YAZARLAR