5 əsrdir yaşayan dahi: Şekspir haqqında bilinməyən 15 fakt
YAZARLAR
23.04.2026, 10:41
***
23 Aprel həm Dünya İngilis Dili Günü, həm də "Eyvon şairi" hesab olunan Uilyam Şekspirin doğum və vəfat günüdür. “Hamlet”, “Maqbet”, “Romeo və Cülyetta” kimi ölməz əsərlərin müəllifinin həyatı olduqca maraqlı, müəmmalı məqamlarla doludur.
1. 8 uşaqlı ailənin ən böyüyü olan Uilyam Şekspir orta təbəqəli bir ailədə böyümüş, atası dəri, yun, o cümlədən əlcək satışı ilə məşğul olmuşdur. Müəllifin doğum və ölüm tarixinin eyni olduğu məsələsi isə olduqca mübahisəlidir. Belə ki, kilsə qeydləri Şekspirin 23 aprel 1616-cı ildə vəfat etdiyini təsdiqləsə də, Şekspirin dəqiq hansı gün doğulduğu barədə heç bir rəsmi doğum şəhadətnaməsi yoxdur (o dövrdə belə bir sənəd yox idi). Lakin kilsə qeydlərində onun 26 aprel 1564-cü ildə vəftiz olunduğu yazılıb. O dövrün ənənəsinə görə, körpələr doğulduqdan təxminən 3 gün sonra vəftiz edilirdi. Bununla da, Şekspirin doğum günü 23 aprel kimi qəbul edilib. Eyni zamanda , aprelin 23-ü İngiltərənin himayədarı olan Müqəddəs Georgi Günüdür (St. George's Day). İngilislər öz ən böyük şairlərinin məhz bu milli gündə doğulub-öldüyünə, bu "mükəmməl təsadüf"ə inanmağı seçirlər. Hər il dünyanın hər yerindən, o cümlədən Şekspirin doğma şəhəri Stratford-apon-Eyvondan insanlar dramaturqun doğum gününü qeyd etmək üçün toplaşır.
2. Dram, faciə, komediya, tarixi kimi müxtəlif janrlarda 38 pyes müəllifi Şekspir olduqca məhsuldar yaradıcılığa malikdir. Bundan əlavə, o, çoxlu sayda şeirləri, xüsusən də sonetləri ilə tanınır. Təkcə 1609-cu ildə o, 154 sonetini çap etdirib.
3. Bütün ədəbi dahiliyi ilə yanaşı, Şekspir həm də “fərasətli” biznesmen idi. Belə ki, vergilərdən yayınan şair eyni zamanda qıtlıq dövründə sonradan baha qiymətə satmaq üçün qanunsuz formada qida ehtiyatı toplamışdı. O, böhran vaxtı taxıl ehtiyatı yığmaq ittihamı ilə məhkəməyə belə verilib.
4. Şekspir ingilis dili lüğətinə 1700-ə
yaxın söz, söz birləşməsi əlavə edib. Bəziləri buna Şekspir ingilis dilini
ixtira edib kimi yanaşır. Əslində isə, o, London küçələrində, gündəlik həyatda
istifadə olunan sözləri əsərində işlədərək o sözləri bir növ sənədləşdirib. Bu
sözlərə “swagger”( özündənrazı); “critic”( tənqidçi), “bedroom”( yataq otağı);
“lonely” (tənha); “addiction” ( asılılıq) kimi işlək sözlər daxildir. O cümlədən,
“heart of gold” ( ürəyi qızıldan olmaq), “good riddance”( əlvida, xoş getdin)
birləşmələri də məhz Şekspirin əsərlərindən məişət ingiliscəsinə keçib.
5. Şekspirin qəbrində "Bu daşlara toxunmayan adama alqış, sümüklərimi yerindən tərpədənə isə lənət olsun " yazılıb. Belə ki, o dövrdə köhnə qəbirlərin çıxarılıb qəbir yerinin təkrar istifadə edilməsi geniş yayılmışdı. Yazının isə Şekspirin özündən onun məzarını narahat etməmək barədə xəbərdarlıq mesajı olduğuna inanılır.
6. Şekspirin pyeslərinin böyük əksəriyyəti, təxminən iyirmi beşində hadisələr İngiltərədən kənarda baş verir. Məsələn, “Romeo və Cülyetta” İtaliyada, “Hamlet” Danimarkada, “Otello” Venesiyada cərəyan edir. Amma təəccüblüdür ki, Şekspirin özünün başqa bir ölkəyə səyahət etməsinə dair heç bir sübut yoxdur. Güman edilir ki, o heç vaxt İngiltərəni tərk etməyib.
7. Dahi yazıçının həyatında elə bir dövr var ki, tarixçilər bunu “Lost Years” ( İtirilmiş illər) adlandırır. Səbəb isə çox sadədir : heç kim onun həmin vaxt–1587-1592-ci illərdə nə etdiyini bilmir. Bu dövr 1587-ci il onun əkiz övladlarının ( Hamnet və Cudit) vəftiz olunduğu illə başlayır, 1592- ci ildə Londonda məşhur dramaturq kimi tanınması ilə başa çatır. Bəzi fərziyyələrə görə o bu illərdə ya müəllim işləyib, ya da hansısa problemlər ucbatından şəhəri tərk edib.
8. Dahi sənətkarın ən məşhur, eyni zamanda ən uzun faciəsi olan "Hamlet"in ilk dəfə 1600 və ya 1601-ci ildə Londonun məşhur "Qlobus" (Globe Theatre) teatrında tamaşaya qoyulub. "Hamlet" dünya tarixinin ən çox sitat gətirilən əsərlərindən biridir. Xüsusilə də Hamletin monoloqu zamanı deyilən məşhur "Olmaq, və ya olmamaq — bax, budur sual" (To be, or not to be, that is the question) misrası oxucular tərəfindən əzbər deyilir.
9. Dahi dramaturqun şirniyyatlarla, ləziz xörəklərlə arası çox yaxşı olub. Pyeslərində tez-tez dəbdəbəli ziyafətlərə və geniş süfrələrə rast gəlməyimiz təsadüfi deyil. Onun ən sevdiyi desertin isə o dövrün İngiltərəsində çox məşhur olan "marchpane" (badamlı keks, bir növ müasir marzipan) olduğu təxmin edilir. Şekspir bu şirniyyatı o qədər çox sevirdi ki, "The Two Noble Kinsmen" pyesində personajların təmtəraqlı ziyafətdən həzz aldığı səhnədə hətta "marchpane" üçün bir növ resept də qeyd etmişdi. O dövrdə badamlı şirniyyatlar bahalı və lüks qida sayılırdı. Şekspirin əsərlərində bu təamdan bəhs etməsi onun həm də yüksək zövqə sahib olduğunu göstərir.
10. Bəzi müasir araşdırmalarda Şekspirin dövrünün texnoloji dəyişikliklərindən təsirlənmiş olduğu irəli sürülür. Hətta "Qış nağılı" (The Winter's Tale) əsərindəki personajlardan birinin çap maşınının ixtiraçısı Yohann Qutenberqdən ilhamlandığı deyilir. Lakin bu fikirlər akademik dairələrdə geniş şəkildə qəbul olunmur.
11. Görkəmli şair kart və zər oyunlarını çox sevirdi. (Hətta bir dəfə kart oyununda böyük məbləğdə pul uduzduğundan yaxın dostu, məşhur aktyor Riçard Burbec onu borcdan xilas etmişdi deyə bir iddia belə yayılıb.) Onun oyunlara olan bu həvəsi "Venesiya taciri" kimi pyeslərindəki risk və bəxt mövzularında özünü büruzə verir.
12. Şekspirin heyvanlara olan sevgisi əsərlərində onları tez-tez təsvir etməyindən bəllidir. Müəllifin Mistres adında sadiq bir iti var idi ki, bu itə müəllifin "The Winter's Tale" və "The Two Noble Kinsmen" kimi əsərlərində belə rast gəlinir.
13. Dostları və həmkarları Şekspiri gizli-gizli "bard" adlandırırdılar. Bu söz fransız mənşəli olub, mənası “şair” deməkdir. Maraqlıdır ki, bu gün bütün dünya onu məhz bu gizli ləqəblə —"Böyük Ozan" , “Eyvon şairi” kimi tanıyır.
14. Musiqi alətində ifa edən, hətta mahnı belə bəstələdiyi deyilən Şekspir musiqini çox sevirdi. Bu sevgi onun bir çox pyeslərində, o cümlədən "Yay gecəsinin yuxusu" və "On ikinci gecə" əsərlərində əks olunur. Onun pyeslərində tez-tez Elizabet dövründə İngiltərədə məşhur olan mahnılar və rəqslər yer alır və bir çox alimlər onun İntibah dövrünün musiqisindən ilham aldığına inanırlar.
15. Heç bilirsinizmi, niyə 23 Aprel həm də Beynəlxalq İngilis dili Günüdür? Bu qərar 2010-cu ildə BMT tərəfindən verilib. BMT bu günü "çoxdilliliyi və mədəni müxtəlifliyi qeyd etmək" üçün yaradıb. Bu tarix isə təsadüfi seçilməyib... Belə ki, “ingilis dilinin atası” sayılan U. Şekspir sadəcə əsərlər yazmır, sanki ingilis dilini yenidən inşa edirdi. Bu gün ingilis dilində istifadə olunan 1700-dən çox sözü və yüzlərlə məşhur ifadəni ilk dəfə yazılı ədəbiyyata məhz o gətirib.
Beləliklə, 23 Apreldə təkcə bir dil deyil, həm də o dili dünya
səviyyəsinə qaldıran, onun inkişafında misilsiz xidmətləri olan bir dahinin
mirası qeyd edilir. Şekspirin əsərləri ingilis dilinin gözəlliyinin,
zənginliyinin, bədiiliyinin və poetikliyinin ən parlaq nümunələrindən biridir. Bəlkə
də elə buna görə, əsrlər keçsə də, bu əsərlər aktuallığını qoruyur və geniş oxucu
kütlələrinin ürəyinə yol tapmağa davam edir.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Energetika Nazirliyi - D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu keçirilib
Bugün, 17:21 İQTİSADİYYAT
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Bugün, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Kinematoqrafçılar İttifaqının sədri kim olacaq? - "Real namizədlər qurultayda və ya onu əvəz edən konfransda bilinəcək"
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Konqoda Ebola epidemiyası: ölənlərin sayı 118-ə çatdı
Bugün, 16:44 DÜNYA
-
ERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır"
Bugün, 16:22 SİYASƏT
-
DAHA BİR AQROPARK YARADILDI
Bugün, 16:17 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev iki qanuna dəyişiklik etdi - DETALLAR
Bugün, 15:58 GÜNDƏM
-
Prezident Sabir Rüstəmxanlını təltif etdi - Sərəncam
Bugün, 15:46 GÜNDƏM
-
İranın Keşm adasına zərbə endirilib
Bugün, 15:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
Bugün, 15:18 GÜNDƏM
-
Rus dronu Estoniyaya girdi - NATO qırıcısı vurdu
Bugün, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb
Bugün, 15:14 GÜNDƏM
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Bugün, 15:09 GÜNDƏM
-
Bu kanallar cəzalandırıldı - SİYAHI
Bugün, 15:01 PRESS
-
İran Ordusu ABŞ-ın hücum təhdidinə əks həmlə mesaj ilə cavab verdi: “Əlavə cəbhələr açacağıq”
Bugün, 14:33 GÜNDƏM
-
Mikayıl Cabbarov: "Azərbaycan yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub"
Bugün, 14:21 İQTİSADİYYAT
-
İlham Əliyev Belarus rəsmilərini qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Prezidentin köməkçisi: "Azərbaycan öz təcrübə və çağırışlarını bölüşməyə hazırdır"
Bugün, 13:56 SİYASƏT
-
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Bugün, 13:27 GÜNDƏM
-
Ceyhun Bayramov: "Trump yolu" regional bağlantını gücləndirəcək"
Bugün, 13:24 SİYASƏT
-
Müğənni yazdı, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri məhkəmə ilə hədələdi - Tərəflər bir-birini nədə ittiham edir?
Bugün, 13:05 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:45 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 12:31 İQTİSADİYYAT
-
Putin Çinə gedir: "Biz heç kimə qarşı ittifaq qurmuruq…”
Bugün, 12:30 GÜNDƏM
-
Lənkəranda işıq yenə kəsiləcək
Bugün, 12:14 CƏMİYYƏT
-
"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
Bugün, 12:01 İDMAN
-
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - Açıqlama
Bugün, 11:47 GÜNDƏM
-
Trampdan Irana açıq xəbərdarlıq: “Yerləbir etmədən razılaşma olarsa…”
Bugün, 11:20 GÜNDƏM
-
Bakı-Qazax magistral yolunda piyadanı ölümü - Sürücü qaçıb
Bugün, 11:18 KRİMİNAL
-
Ucarda faciə: oğul traktoru geri verərkən ehtiyatsızlıqdan anasını öldürüb
Bugün, 11:03 KRİMİNAL
-
Azərbaycanlı gənclər Stokolmda beynəlxalq konfransda iştirak ediblər
Bugün, 11:03 SİYASƏT
-
Aparıcısı Humay Muxtarova “TikTok”da haqqında şərh yazan şəxsi məhkəməyə verib
Bugün, 10:46 PRESS
-
“Milli ilmələrdən toxunan şəhər: Şəhərsalma mədəniyyəti” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bugün, 10:26 CƏMİYYƏT