İran: “ABŞ-ın Hörmüz boğazında dəniz qaydalarına müdaxiləsi…”

İran: “ABŞ-ın Hörmüz boğazında dəniz qaydalarına müdaxiləsi…”

DÜNYA

Bugün, 08:57

“ABŞ-ın Hörmüz boğazında dəniz qaydalarına hər hansı müdaxiləsi atəşkəsin pozulması sayılacaq”.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı və Fars körfəzi ABŞ prezidenti Donald Trampın yanlış açıqlamaları ilə idarə oluna bilməz.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ticarət gəmilərinin Hörmüz boğazından keçməsini təmin etmək məqsədiylə bu gündən yeni əməliyyata başlayacaqlarını elan edib. Xəbərdarlıqda o da qeyd edilib ki, bu məqsədlə əməliyyata 15.000 hərbçi cəlb olunacaq.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR