“Qarabağ” neftçilərə borcunu geri qaytardı - Təxirə salınan oyunun mükafatı 3 xal oldu
İDMAN
02.05.2026, 23:12
Premyer liqanın 21-ci turunda “Neftçi”ylə “Qarabağ” arasında təxirə salınmış oyunun təkrarında maraqlı anlar yaşanıb.
Mia.az xəbər verir ki, “Qarabağ”ın azarkeş tirbunalarında “Qarabağ Ağdam” pankratı qoyulub. Klub bundan əvvəllərdə rayona məxsus olduğunu belə nümayişkaranə göstərməyib. Xatırladaq ki, sözügedən oyun Ağdam klubunun avrokubok oyunlarında iştirakı səbəbiylə təxirə salınmış və böyük hay-küyə, uzun müzakirələrə səbəb olmuşdu.
Ağdamlılar nəhayət, həmin oyun üçün “Neftçi”nin stadionuna gəlib, 3 xalı da neftçilərə bağışlayaraq getdilər. Necə deyərlər, hesab-kitab bağlandı. Düzdü, bu, “Neftçi”nin tarixinə “Qarabağ”a qalib gəlməsi faktı kimi yazıldı, amma uşaq da, böyük də anladı ki, “Qarabağ” sadəcə, “Neftçi”nin o zamankı jestinin qarşılığını verdi. Yoxsa 2-3 gün əvvəl qapısına 5 qol vurduğu komanda deyildimi “Neftçi” ağdamlılarçün? Birdən-birə əjdahayamı döndü? Hamı “Qarabağ”ın heç ümimiyyətlə, oynamadığının fərqindəydi: Ağdam klubunun yeganə qolu avtoqol idi, “Neftçi”nin hər qoluna qonaqların reaksiyası sıradan bir münasibət. Hətta ikinci qol epizodunda qapının ağzında olan M.Qurbanlı, K.Medina və T.Bayramovun “tükünün tərpənməməsi” olduqca maraqlı idi.
Bu oyunun neftçilərə hədiyyə olacağı əvvəlki oyundan bəlli idi: onsuz da “Qarabağ” 5 qol ilə bundan əvvəlki oyunda istədiyini almışdı. Bu oyunda da “bir oyun sizin, biri də bizim olsun” kimi bir şey baş verdi əslində.
Bu 3 xal hər iki komandaya lazım idi, amma “Neftçi”nin daha çox ehtiyacı vardı. O zaman rahatlıqla Avrokubok oyunlara vəsiqə əldə etməkdən danışmaq olardı. Amma indi “Neftçi” Azərbaycan Kubokunun oyununda “Sabah”ın qələbəsində ümid etməlidi. Kiminsə əlinə baxmaqdansa, öz taleyini əlində cəmləşdirmək daha doğru deyildimi? Keçən il “Turan-Tovuz” Kubok oyununda “Qarabağ”ın qələbəsindən asılı qalması da buna bənzər hal idi.
Əslində “Turan-Tovuz” bundan əvvəlki oyunda “Zirə”ni məğlub etsəydi, həm turnur cədvəlində 2-ci yerini, həm də “Neftçi”nin ehtimal olaraq üçüncülüyünə ümid yarada bilərdi, amma “Zirə” arxa kluarlarda dostluq etdiyi “Qarabağ”ın ikinci pillədən aşağı düşməsinə imkan vermədi.
Bütün hallarda bu ilki mövsüm sürprizlər və intriqa doludu. Təkcə ona görə yox ki, “Sabah” mövsümün bitməsinə 4 tur qalmış artıq şəksiz çempoindu. Ona görə ki, müxtəlif dartışmalara, münaqişələrə, hakimlərin mübahisəsinə, azarkeş söyüşlərinə, sponsorların atmacalarına baxmayaraq, klublar Azərbaycan azarkeşinin qarşısındakı məsuliyyətini anlayır. Çempionluğa can atır. “Onsuz da “Qarabağ” güclüdü”, – deyib azarkeş qarşısında məsuliyyətdən boyun qaçırmır. Hər klubun azarkeşi var. Xüsusilə rayonlarda insanların asudə vaxtının əhatə olunması deməkdi premyer liqa oyunları. Klub gücləndikcə, azarkeş əhatəsi də güclənir. Bunu biz “Sabah”ın timsalında gördük.
“Qarabağ”ın “Neftçi”yə hədiyyə etdiyi oyun həm də onunla yadda qaldı ki, azarkeş tribunalarından söyüş səsi gəlmədi. Hakimləri də qınamadılar. Baş məşqçilərin kefi kök oldu. Necə deyərlər, heç kim məyus getmədi stadiondan. Bu qədər şirin, mehriban oyun və ab-hava heç münasib deyildi “Azərbaycan derbisi” dediyimiz oyun üçün. İnanın.
Allah xatirinə, OYUN edəndə heç olmasa, böyrünə duzunu-məzəsini də qoyun ki, bu qədər şit alınmasın. Yoxsa ta buralara qədər gəlir sizin mətbəxdə bişənlərin qoxusu.
Allah xeyir versin masadakı bütün hesablara.
Zülfiyyə Mustafayeva
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Özgür Özəldən iddialı açıqlama: "Yeni partiyamıza 200-dən çox bələdiyyə sədri qatılacaq, Mənsur Yavaş və Karalara gəlincə..."
Bugün, 00:36 SİYASƏT
-
"Beşiktaş" "bizlik deyil" deyib satdı, indisə... - "Aston Villa" 20 milyon avro verir
Bugün, 00:22 İDMAN
-
Yeni Partiyanın prezidentliyə namizədi İmamoğlu olacaq? - Özgür Özəl suala "ikibaşlı" cavab verdi
Bugün, 00:15 SİYASƏT
-
"NEC Nijmegen" Duşan Tadiçi heyətinə qatıb
Bugün, 00:07 İDMAN
-
Ramiz Mehdiyevlə bağlı hansı qərar veriləcək?
Bugün, 00:03 SİYASƏT
-
"Alanyaspor" Güvən Yalçın ilə yolları ayırdı
27.07.2026, 22:34 İDMAN
-
Seda Sayandan Haluk Levent haqqında gözlənilməz - AÇIQLAMA
27.07.2026, 22:26 MƏDƏNİYYƏT
-
Türkiyəli aktrisa biznes layihəsinə başlayıb
27.07.2026, 20:08 MƏDƏNİYYƏT
-
TRAMP İRANI HƏM HƏDƏLƏDİ, HƏM DƏ... - "Çin və Pakistanın xahişi ilə danışıqları bərpa etdim, lakin..."
27.07.2026, 19:50 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
27.07.2026, 19:34 GÜNDƏM
-
Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və... - Onlara hökm oxundu
27.07.2026, 17:40 PRESS
-
"Real Madrid" Yan Diomande ilə razılaşdı
27.07.2026, 17:30 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
27.07.2026, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
27.07.2026, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
27.07.2026, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
27.07.2026, 16:24 KRİMİNAL
-
"Səhər" telekanalı və "Mehr" ölkəmizdə bloklandı, nümayəndələrinin fəaliyyəti qadağan olundu. - MEDİA bəyanat yaydı
27.07.2026, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
27.07.2026, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
27.07.2026, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
27.07.2026, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
27.07.2026, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
27.07.2026, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
27.07.2026, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
27.07.2026, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
27.07.2026, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
27.07.2026, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
27.07.2026, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
27.07.2026, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
27.07.2026, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
27.07.2026, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
27.07.2026, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
27.07.2026, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
27.07.2026, 13:24 GÜNDƏM
-
Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb
27.07.2026, 13:07 DÜNYA