Zərərçəkən keçmiş partiya sədrinin məhkəməsində: "Onunla görüşəndə məndən xahiş etdi ki..."
SİYASƏT
02.05.2026, 01:03
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Etibar Nəsibov ifadə verib.
O, ifadəsində bildirib ki, Anar Əsədlini ilə dostluq münasibətləri olub: "2019-cu ilin noyabrın əvvəlləri atasının vəfat etdiyi vaxtlarda Anar Əsədli mənə zəng edib görüşmək istədiyini söylədi. Onunla görüşəndə məndən xahiş etdi ki, bizi tanış edən ortaq dostumuzdan borca pul alım, qəbri düzəltmək üçün pul lazımdır. Bildirdi ki, 4 min dollar pula ehtiyacı var. Həmin pulu özüm verdim. Uzun müddət ondan səs çıxmadı. Sonra Türkiyənin nəhəng şirkəti ilə işbirliyi quracağını deyərək məndən əlavə pul istədi. Min dollar da əlavə pul verdim. 2023-cü ildə Anar Əsədli həbsdə olanda qardaşı mənimlə görüşmək istədiyini dedi. Soruşdu ki, Anar məndən pulu niyə istəyib? Deyəndə məyus oldu, bildirdi ki, qəbri düzəltməyə pulları çatır. Bir müddət sonra Anar Əsədli 2 min dolları qaytardı. Daha sonra isə zənglərimə cavab verməməyə başladı. Mən də şikayətçi oldum. Hazırda mənə 3 min dollar borcu var".
Vəkilin suallarını cavablandıran zərərçəkən bildirib ki, Anar Əsədlinin öncəki vəkili pulu qaytarmağı təklif edib: "Onun vəkili mənimlə görüşüb dedi ki, 3 min dolları verəcək, lakin bu, notarial qaydada təsdiqlənməlidir. Mən razılaşmadım. Bildirdim ki, borcu verəndə heç nə imzalamamışdım, indi niyə nəsə imzalayım ki? Ümumiyyətlə, vəkil dedi ki, pulu verəcək, amma mən də şikayətimi geri götürməliyəm. Razılaşmadım, dedim ki, Anar məndən üzr də istəməlidir. Əgər gətirib pulu burada verərsə, qəbul edərəm".
Anar Əsədli zərərçəkənin ifadəsini qismən təsdiqləyib: "Mən həqiqətəndə ondan 5 min dollar pul alıb, 2 min dollar qaytarmışam. Lakin, danışdığı hekayə yalandır. Aramızda heç bir hörmətsizlik olmayıb. O mənə pul verdikdən sonra partiya quruculuğunda iştirak edib, qurultaya rəhbərlik edib. Şəkillərimiz də varl".
Bu zaman Anar Əsədli ilə zərərçəkən arasında gərginlik yaranıb. Onlar bir-birinə təhqiramiz ifadələr deyiblər.
Hakim hər iki şəxsə xəbərdarlıq edib.
Etibar Nəsibov onu da deyib ki, borca verdiyi pul qaytarılsa da, şikayətini geri götürməyəcək.
Prosesin davamında şahidlərin ifadəsi elan olunub.
Daha sonra cinayət işində sənədlər tədqiq ediilib.
Növbəti proses mayın 15-nə təxirə salınıb.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.
Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məşhur repçi həbs olundu
Bugün, 01:00 MƏDƏNİYYƏT
-
Özgür Özəldən iddialı açıqlama: "Yeni partiyamıza 200-dən çox bələdiyyə sədri qatılacaq, Mənsur Yavaş və Karalara gəlincə..."
Bugün, 00:36 SİYASƏT
-
"Beşiktaş" "bizlik deyil" deyib satdı, indisə... - "Aston Villa" 20 milyon avro verir
Bugün, 00:22 İDMAN
-
Yeni Partiyanın prezidentliyə namizədi İmamoğlu olacaq? - Özgür Özəl suala "ikibaşlı" cavab verdi
Bugün, 00:15 SİYASƏT
-
"NEC Nijmegen" Duşan Tadiçi heyətinə qatıb
Bugün, 00:07 İDMAN
-
Ramiz Mehdiyevlə bağlı hansı qərar veriləcək?
Bugün, 00:03 SİYASƏT
-
"Alanyaspor" Güvən Yalçın ilə yolları ayırdı
27.07.2026, 22:34 İDMAN
-
Seda Sayandan Haluk Levent haqqında gözlənilməz - AÇIQLAMA
27.07.2026, 22:26 MƏDƏNİYYƏT
-
Türkiyəli aktrisa biznes layihəsinə başlayıb
27.07.2026, 20:08 MƏDƏNİYYƏT
-
TRAMP İRANI HƏM HƏDƏLƏDİ, HƏM DƏ... - "Çin və Pakistanın xahişi ilə danışıqları bərpa etdim, lakin..."
27.07.2026, 19:50 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
27.07.2026, 19:34 GÜNDƏM
-
Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və... - Onlara hökm oxundu
27.07.2026, 17:40 PRESS
-
"Real Madrid" Yan Diomande ilə razılaşdı
27.07.2026, 17:30 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
27.07.2026, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
27.07.2026, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
27.07.2026, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
27.07.2026, 16:24 KRİMİNAL
-
"Səhər" telekanalı və "Mehr" ölkəmizdə bloklandı, nümayəndələrinin fəaliyyəti qadağan olundu. - MEDİA bəyanat yaydı
27.07.2026, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
27.07.2026, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
27.07.2026, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
27.07.2026, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
27.07.2026, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
27.07.2026, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
27.07.2026, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
27.07.2026, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
27.07.2026, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
27.07.2026, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
27.07.2026, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
27.07.2026, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
27.07.2026, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
27.07.2026, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
27.07.2026, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
27.07.2026, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
27.07.2026, 13:24 GÜNDƏM