Türk kriminal liderin "Cəhənnəm Mələkləri": daha 780 milyonluq aktiv müsadirə olundu

Türk kriminal liderin \"Cəhənnəm Mələkləri\": daha 780 milyonluq aktiv müsadirə olundu

KRİMİNAL

Bugün, 14:29

Bir neçə ay əvvəl İzmirdə qandallanan türkiyəli məşhur kriminal qruplaşmalardan birinin lideri Necati Arabacıya daha bir zərbə vurulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Necati Arabacının lideri olduğu qruplaşmaya qarşı davam edən əməliyyatlar çərçivəsundə İstanbul başda olmaqla 3 şəhərdə daha 5 şübhəli saxlanılıb: “Əməliyyat çərçivəsidə Arabacının adına idarə olunan 22 əmlak, 7 nəqliyyat vasitəsi və 8 şirkət daxil olmaqla ümumilikdə 780 milyon türk lirəsi dəyərində aktivlər müsadirə edilib”.

Məlumatda o da deyilir ki, qruplaşma Almaniya, Braziliya və İspaniyada böyük miqdarda narkotik daşınması ilə əlaqəli istintaqa da cəlb olunub.

Xatırladaq ki, "Cəhənnəm Mələkləri" adında və əsasən motosikletli dəstə üzvlərini idarə edən Necati Almaniyada da axtarışda olub. Onun orda da xeyli tərəfdarı saxlanılıb.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR