"Onkologiya"dakı partlayışda ağır xəsarət alan həkim haqda xəbərə reaksiya: “O, ölməyib"

\"Onkologiya\"dakı partlayışda ağır xəsarət alan həkim haqda xəbərə reaksiya: “O, ölməyib\"

CƏMİYYƏT

Bugün, 16:06

Sosial şəbəkələrdə aprelin 30-u Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlərin səyinə baxmayaraq, A.Nəsirli bu gün dünyasını dəyişib.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır”, - açıqlamada vurğulanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR