ABŞ-dan gözlənilməz xəbərdarlıq: Azərbaycana səfəri yenidən nəzərdən keçirin - Nə baş verir?

ABŞ-dan gözlənilməz xəbərdarlıq: Azərbaycana səfəri yenidən nəzərdən keçirin - Nə baş verir?

SİYASƏT

Bugün, 12:05

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı səyahət tövsiyəsini sərtləşdirərək vətəndaşlarına bu ölkəyə səfəri yenidən nəzərdən keçirməyi tövsiyə edib.

Bu barədə NJ.com nəşri yazır.

Yenilənmiş tövsiyəyə əsasən, Azərbaycana “Level 3: Reconsider Travel” (3-cü Səviyyə: Səfəri yenidən nəzərdən keçirin) səviyyəsi verilib. Səbəb kimi terror riski, silahlı qarşıdurma ehtimalı və mina təhlükəsi göstərilir.

ABŞ rəsmiləri xüsusilə Ermənistanla sərhəd bölgələrinə və ölkənin cənub istiqamətinə səfərlərin təhlükəli olduğunu bildirir. Mina riski səbəbilə Ağdam, Ağdərə, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı, Xocavənd, Laçın, Şuşa və Zəngilan kimi ərazilərə getməmək tövsiyə olunur.

Eyni zamanda qeyd edilir ki, ABŞ hökumətinin bu bölgələrdə fövqəladə vəziyyət zamanı vətəndaşlarına operativ yardım göstərmək imkanları məhduddur. Bu səbəbdən səfər planlaşdıran şəxslərə əvvəlcədən sığorta almaq və müstəqil çıxış planı hazırlamaq məsləhət görülür.

Qeyd edək ki, ABŞ-ın səyahət xəbərdarlıqları dörd səviyyədən ibarətdir və üçüncü səviyyə ciddi təhlükəsizlik risklərinin mövcud olduğunu göstərir.

Şərh

Bu cür xəbərdarlıqlar adətən konkret risklərin mövcud olduğu regionlara yönəlik olur və ümumi ölkə imicindən çox, təhlükəli ərazilərə diqqət çəkmək məqsədi daşıyır. Lakin belə tövsiyələr turizm axınına və beynəlxalq imicə müəyyən təsir göstərə bilər. Ona görə də adıçəkilən əraziləri mümkün qədər tez minalardan təmizləmək lazımdır.

Diqqət edin: ABŞ öz vətəndaşlarını təhlükə ilə bağlı məlumat verir. Azərbayan hökuməti də bu təhlükəni gündəmdə saxlayır. Təəssüf ki, bəzi vətəndaşlar bu kimi xəbərdarlıqlara məhəl qoymurlar. Nəticdə dəhşətli hadisələr baş verir. Son illərdə minanın partlaması səbəbindən yüzlərlə adam ölüb və ya şikəst olub. Ona görə də bu kimi xəbərdarlıqlara ciddi yanaşmaq lazımdır.

Elbəyi Həsənli, Bakı

MİA.AZ

  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR