Bakıda bəzi binalar təmir olunacaq

Bakıda bəzi binalar təmir olunacaq

CƏMİYYƏT

Bugün, 12:55

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gəncə Körpü Tikinti-2” ASC olub.

Qeyd edək ki, İcra Hakimiyyəti Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri üçün “Gəncə Körpü Tikinti-2” ASC-yə 24 milyon 985 min 363 manat 84 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, hüquqi ünvanı Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşən “Gəncə Körpü Tikinti-2” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR