PUTİN İRAN-ABŞ SAVAŞINA GÜC QOYUR - Gərginlik yeni mərhələyə keçir (TƏHLİL)

PUTİN İRAN-ABŞ SAVAŞINA GÜC QOYUR - Gərginlik yeni mərhələyə keçir (TƏHLİL)

GÜNDƏM

Bugün, 12:39

ABŞ ilə İran arasında danışıqlar yarımçıq qalarkən ABŞ mətbuatında diqqətçəkən bir xəbər yayılıb.

ABŞ mediasına görə, Rusiyanın müharibəyə qoşula biləcəyi iddia olunur.

Belə ki, iddiaya görə Moskva Tehrana ABŞ-ın hərbi gəmilərinin və hərbi personalının yerləşdiyi mövqeləri göstərən peyk görüntüləri də daxil olmaqla kəşfiyyat məlumatları təqdim edib. Bundan əlavə, Rusiyanın İrana inkişaf etmiş pilotsuz uçuş aparatları göndərməyə hazırlaşdığı da irəli sürülür.

Rusiyanın İrana texnologiya və ya pilotsuz uçuş aparatları (dronlar) verməsi iddiası yeni deyil.
Son illərdə bu iki ölkə arasında hərbi-texniki əməkdaşlıq artıq mövcuddur və qarşılıqlıdır. Yəni İran da eyni tərzdə Ukrayna müharibəsi fonunda Rusiyaya yardımlar edib. Sadəcə məsələ yardımların miqyası və açıq olub-olmamasıdır.
Ehtimal ki, Rusiya İrana bu səviyyədə və açıq dəstək göstərməyəcək. Çünki bu, Rusiyanın özü üçün də risklidir. ABŞ-la birbaşa toqquşma ehtimalını artırmaq Moskvanın hazırkı strateji maraqlarına uyğun gəlmir. Rusiyanın İrana kəşfiyyat məlumatı verməsi, xüsusilə ABŞ hərbi mövqeləri barədə, faktiki olaraq dolayı şəkildə münaqişəyə qoşulmaq kimi qiymətləndirilə bilər. Bu isə klassik “proxy qarşıdurma” modelinə uyğundur.
Ona görə də “Rusiya müharibəyə girir” demək düz deyil. Bunu daha çox böyük güclər arasında gərginliyin yeni mərhələyə keçməsi, yəni açıq yox, dolayı qarşıdurmanın dərinləşməsi kimi qiymətləndirmək olar.

Turan Rzayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR