Kral Çarlz Trampa tarixi "ayar" verdi: "Biz olmasaydıq, indi siz fransızca danışardınız"

Kral Çarlz Trampa tarixi \"ayar\" verdi: \"Biz olmasaydıq, indi siz fransızca danışardınız\"

GÜNDƏM

Bugün, 11:12

ABŞ-da səfərdə olan Britaniya Kralı III Çarlz Ağ Evdə keçirilən rəsmi şam yeməyində Prezident Donald Trampa “tarixi ayar” verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, prezident Donald Trampa zarafata salaraq "daşı dələn replika" atıb.

Kral Çarlz Trampın tez-tez Britaniyaya “barmaq silkələmələri”nə, hətta “Əgər ABŞ olmasaydı, siz (ingilisləri nəzərdətutur-Mia.az) indi alman dilində danışardınız", - sözünü şok cavab verib: “Tez-tez sizdən (Trampı nəzərdə tutur-Mia.az) xoş olmayan sözlər eşidirik. Ancaq bilin ki, biz ingilislər olmasaydı, siz fransız dilində danışardınız".

ABŞ Prezidenti Donald Tramp isə onun bu replikasına gülümsəyib. Və daha sonra Kralı tərifləyib: “Sizin bizim Konqresdəki çıxışınızı xatırlayıram. Siz bizim” Demokratlar”ı ayağa qaldırdınız. Düzü, mən bunu heç vaxt edə bilmədim".

Yeri gəlmişkən, Kral Çarlz görüşdə Trampa 1944-cü ildə suya endirilmiş Britaniya sualtı qayığının zəngini hədiyyə edib: "Qoy bu zəng ortaq keçmişimizin və gələcəyimizin simvolu olsun. Bizimlə əlaqə saxlamaq istəyirsinizsə, sadəcə zəngi çalın".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR