DÇ-2026-da sərt qaydalar təsdiqləndi – Qırmızı kartlara əsas verən hallar sadalandı

DÇ-2026-da sərt qaydalar təsdiqləndi – Qırmızı kartlara əsas verən hallar sadalandı

İDMAN

Bugün, 08:50

Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) Vankuverdə keçiriləcək FIFA Konqresindən əvvəl iyun ayında başlayacaq DÇ-2026 (Dünya Çempionatı) oyunları haqda sərt qərar qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, DÇ-2026-da tətbiq olunacaq yeni qayda dəyişikliklərinə əsasən, rəqiblə mübahisə edərkən ağzını qapadan, hakimin qərarına etiraz olaraq meydanı tərk edən oyunçular, texniki heyət və sairlər birbaşa qırmızı kartla cəzalandırılacaqlar: “IFAB bu qaydaları digər liqalar və turnirlər üçün məcburi etməyib. Bu qərar təşkilatçıların ixtiyarına buraxıb. Lakin yeni qaydalar DÇ-2026 üçün məcburidir”.

Qərarda futbolçuların hakim qərarlarına etiraz olaraq meydanı tərk etməsi faktına şərh verilib. Bildirilib ki, Afrika Millətlər Kuboku (AFCON) finalında. Seneqal və Mərakeş arasındakı oyunda seneqallı oyunçuları mübahisəli penalti qərarından sonra meydanı tərk etməsi halı təkrarlana bilməz: “Bu səbəbdən çəkindirici xarakter məqsədiylə meydanı tərk edən oyunçular və onları meydanı tərk etməyə təşviq edən komanda rəsmiləri birbaşa qırmızı vərəqə ilə cəzalandırılacaq, üstəlik, komandaya texniki məğlubiyyət veriləcək”.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR