Bloger partiyasını dəyişdi

Bloger partiyasını dəyişdi

SİYASƏT

Bugün, 08:46

Küçələrdə reportajları ilə məşhurlaşan və bir neçə dəfə həbs olunaraq azadlığa buraxılan bloger Arif Kocabıyık siyasi mövqeyini və partiyasını dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Arif Kocabıyık millətçi kimi tanınan İYİ Partiyasından solçu partiyaya - CHP-yə keçib.

Məlumata görə, bu keçid CHP sədri Özgür Özel tərəfindən yüksək qiymətləndirilib. O, partiya nişanını Kocabıyıkın yaxasına şəxsən taxıb.

Qeyd edilir ki, 1983-cü ildə Antalyada anadan olan Arif Kocabıyık, xüsusilə İlave TV adlı YouTube kanalı ilə tanınıb. Keçmiş təhlükəsizlik işçisi olan Kocabıyık 2018-ci ildə qurduğu kanalı vasitəsilə siyasi məsələlərə və seçkilərə yönəlmiş müsahibələr apararaq geniş auditoriyaya özünü qəbul etdirib. O, hətta 2023-cü ildəki parlament seçkilərində İYİ Partiyası xəttiylə Antalyadan seçkiyə qatılıb, lakin deputat olmaq üçün yetərli səs toplaya bilməyib.

F.Səfərli

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR