AAYDA-da "yarpaq tökümü" davam edir - Onlar vəzifələrini itirdi (SİYAHI)

AAYDA-da \"yarpaq tökümü\" davam edir - Onlar vəzifələrini itirdi (SİYAHI)

GÜNDƏM

Bugün, 13:28

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir.

Məlumata görə, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.
Belə ki, Xidmətin rəis müavinləri Həbib Əliyev  Eyyub Həsənov, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov, Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev, 5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov və Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinə sorğu ünvanlasaq da, münasibət bildirilməyib/qaynarinfo.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR