Prezident İlham Əliyev daha iki sazişi təsdiqlədi (Yenilənib)

Prezident İlham Əliyev daha iki sazişi təsdiqlədi (Yenilənib)

GÜNDƏM

Bugün, 14:06

Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqqında sazişi təsdiq edib.

Mia.az xəbər verir ki, saziş iki hökumət arasında 2026-cı il yanvarın 16-da imzalanıb.

***

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Mia.az xəbər verir ki, sənədə əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qvineya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR