ADR süqut etməsəydi... - TƏHLİL

ADR süqut etməsəydi... - TƏHLİL

SİYASƏT

Bugün, 12:41

Azərbaycan Demokratik Reddpublikasının (ADR) süqutunun 106-cı ildönümüdür. Alternativ tarix akademik çevrələrdə ciddi qəbul olunmasa da, bu sahəni sevənlər üçün ən maraqlı suallardan biri “ADR süqut etməsəydi, bu gün necə bir Azərbaycan görərdik?” sualıdır.

Mənə həmişə elə gəlib ki, ADR süqut etməsəydi (bu, demək olar ki, imkansız idi), bu gün Azərbaycan Türkiyə kimi bir ölkə olardı. Düzdür, Türkiyə Cümhuriyyətinin qurucu komandası daha çox hərbi elitadan ibarət idi. ADR isə əsasən zadəgan, bəy-ağa təbəqəsi və az sayda Avropada təhsil almış aşağı təbəqə nümayəndələrindən formalaşmışdı. Bu reallıq gələcəkdə hərbi çevriliş cəhdlərini azaldardı, lakin parlamentli respublika modeli daha köklü ola bilərdi.
Ölkədə maarifləndirmə və təhsil yenə də prioritet olardı. Lakin SSRİ hakimiyyətində olmadığımız üçün ateizm təbliğatı və deistik düşüncənin dominantlığı baş verməzdi. Bu səbəbdən ölkədə dini cərəyanlar və radikalizm meyilləri qalardı. Hətta siyasi islamın yüksəlişini belə görə bilərdik.
SSRİ işğalının və sosialistlərin hakimiyyətə gəlmədiyi bir ssenaridə ADR uzun müddət neytral qala bilməzdi. Böyük ehtimalla, Türkiyə kimi NATO-ya qoşulardı. Bu da ABŞ təsirinin hiss olunması, hətta İncirlik tipli hərbi bazanın yaranması demək olardı. Təbii ki, belə bir seçim bizi Soyuq müharibənin bir parçasına çevirərdi.
Ermənistan ilə yenə də gec-tez müharibə baş verərdi. Bu baş verməsə belə, Türkiyədəki kürd problemi kimi Azərbaycanda da ciddi bir erməni məsələsi mövcud ola bilərdi.
Hər halda, bunlar mənim subyektiv fikirlərimdir.
Bəs sizcə, ADR süqut etməsəydi, bu gün Azərbaycan necə bir ölkə olardı?
Turan Rzayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR