QAZ SAYĞACLARI DƏYİŞİR - "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi", yoxsa...
İQTİSADİYYAT
27.04.2026, 14:37
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi (İB) “Esyasoft Holding” LTD şirkəti ilə birgə "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin icrasına başlayıb.
"Azərqaz"dan Mia.az-a bildirilib ki, layihə 2.5 milyondan çox abonenti əhatə edən qaz paylama infrastrukturunun rəqəmsal transformasiyasını nəzərdə tutur.
Görüləcək işlər çərçivəsində qaz paylama şəbəkəsi mərhələli şəkildə rəqəmsallaşdırılacaq və yeni nəsil "rəqəmsal" qaz idarəetmə sistemi tətbiq olunacaqdır.
"Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin əsas məqsədi abonentlərə qaz istehlakını izləmək, daha dəqiq hesablamalar aparmaq və rəqəmsal xidmətlərdən rahat istifadə imkanı yaratmaqdır. Layihə Azərbaycanda qaz paylama sisteminin qısa zamanda rəqəmsallaşdırılmasını, əməliyyat səmərəliliyinin artırılmasını və beynəlxalq enerji idarəetmə standartlarına uyğunlaşdırılmasını hədəfləyir.
COP29 çərçivəsində SOCAR ilə
"Esyasoft Holding” LTD şirkəti arasında imzalanmış əməkdaşlıq sazişinin
icrası çərçivəsində həyata keçirilən "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə
Sistemi" layihəsi ölkənin davamlı inkişaf prioritetlərinə, rəqəmsal
iqtisadiyyatının inkişafı strategiyasına uyğun olmaqla “Azəriqaz” İB-nin
rəqəmsal transformasiya hədəflərinə mühüm töhfə verəcək. Ətraf mühit
dayanıqlılığı prinsiplərinə əsaslanan layihə qaz itkilərinin azaldılması və
karbon emissiyalarının minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.
Layihə abonentlər üçün bir sıra əhəmiyyətli
üstünlüklər təqdim edir:
·
İstehlak həcminin daha yüksək dəqiqliklə ölçülməsi, mobil
tətbiq və onlayn platformalar vasitəsilə gündəlik izlənməsi;
·
Müştəri müraciətlərinin süni intellektin köməyi ilə anında
cavablandırılması;
·
Qaz şəbəkəsində potensial təkmilləşdirmə imkanlarının vaxtında
və effektiv şəkildə müəyyən edilməsi;
·
Texniki proseslərdə dayanıqlılığın təmin olunması üçün operativ
tədbirlərin görülməsi;
·
Sayğac məlumatlarının avtomatik ötürülməsi nəticəsində ənənəvi
oxuma proseslərinin optimallaşdırılması və mərhələli şəkildə aradan
qaldırılması, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və sistem
etibarlılığının möhkəmləndirilməsi
Quraşdırma prosesi əhali abonentləri üçün tamamilə
ödənişsiz olmaqla, sadə və operativ şəkildə həyata keçiriləcək. Rəsmi
bildirişdən sonra bildirişdə göstərilən müddət ərzində abonentlər tərəfindən
şərait yaradılacağı halda mütəxəssislərimiz 30–45 dəqiqə ərzində yeni ölçmə
mexanizminin quraşdırma işlərini aparacaq və istifadə qaydaları barədə ətraflı
məlumat təqdim olunacaq.
"Azəriqaz" İB-nin Baş direktoru Azər
Məmmədov layihənin əhəmiyyətini vurğulayaraq bildirib:
"Bu təşəbbüs texnoloji yenilənmə ilə yanaşı,
vətəndaşlara göstərilən xidmət keyfiyyətində yeni mərhələnin başlanğıcıdır.
Rəqəmsal həllər sayəsində biz daha səmərəli, təhlükəsiz və dayanıqlı qaz
təchizatı sistemini formalaşdırırıq. Qarşıdakı illərdə bu layihə Azərbaycanın qaz
təchizatı infrastrukturunun rəqəmsal transformasiyasının əsas dayaqlardan
birinə çevriləcək."
Qeyd edək ki, sözügedən layihənin
icrası, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına, qabaqcıl
texnologiyaların ölkədə tətbiqinə və milli texnoloji potensialın
gücləndirilməsinə mühüm töhfə verəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan və Pakistan hərbçiləri arasında görüş olub
Bugün, 15:48 GÜNDƏM
-
Türkiyədə bütöv bir kənd satışa çıxarıldı - Eynən tarixi filmdəki kimi...
Bugün, 15:39 DÜNYA
-
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
Bugün, 15:24 GÜNDƏM
-
TƏBİB-dən yola salındı, Mərkəzdə işlə təmin edildi - Sabiq departament müdiri yeni vəzifəyə təyin olundu
Bugün, 15:14 CƏMİYYƏT
-
Azərbaycan və Ermənistan rəsmiləri sərhəddə bir araya gəldi - Nələr müzakirə olunub?
Bugün, 15:07 GÜNDƏM
-
ERMƏNİSTANIN DAHA BİR KEÇMİŞ PREZİDENTİ SAXLANILDI
Bugün, 14:59 GÜNDƏM
-
"Fənərbağça" təkzib etdi
Bugün, 14:54 İDMAN
-
Monitorinq: yarasız dondurmalar məhv edilib
Bugün, 14:48 İQTİSADİYYAT
-
"Kapital Bank"la bağlı daha bir ilginc şikayət: kart niyə bloklanıb?
Bugün, 14:28 İQTİSADİYYAT
-
Xalq artisti başqa xəstəxanaya köçürülüb
Bugün, 14:20 CƏMİYYƏT
-
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb (Yenilənib)
Bugün, 14:09 KRİMİNAL
-
Avropa Məhkəməsi Ərdoğanın qəzəbinə gələn hüquq müdafiəçisi barədə qərar verdi: dərhal azad olunmalı və təzminat ödənilməlidir!
Bugün, 14:08 SİYASƏT
-
AZAL-ın fantastik qiymət oyunu və ya Dövlət Proqramına "qəsd": müqayisəli qiymətlər və ekspert rəyi...
Bugün, 13:50 İQTİSADİYYAT
-
"ABŞ-ın iqtisadi təzyiqi qarşısında geri çəkilməyəcək, lazım gələrsə..." - İrandan sərt xəbərdarlıq
Bugün, 13:49 İQTİSADİYYAT
-
Tovuzda 20 yaşlı qadın bıçaqlandı
Bugün, 13:24 KRİMİNAL
-
Xalq artisti Tofiq Bakıxanov ikinci Fəxri xiyabanda torpağa tapşırılıb (Yenilənib)
Bugün, 13:11 MƏDƏNİYYƏT
-
Banklarla bağlı yenilik: müştəri şikayətlərinə baxılması üzrə yeni qərarın icrası başlanır - NƏLƏR OLACAQ?
Bugün, 13:05 İQTİSADİYYAT
-
"Qalatasaray"ın seneqallı hücumçuya 50 milyon avro təklif etdi, klub razılaşmadı - "Buraxın məni..."
Bugün, 12:49 İDMAN
-
Musiqi Kollecinə direktor təyin olunub - FOTO
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq?
Bugün, 12:35 CƏMİYYƏT
-
Rusiya "Starlink"ə rəqib qlobal peyk internet şəbəkəsi yaradır - "Şəfəq" gələn il istifadəyə veriləcək
Bugün, 12:13 GÜNDƏM
-
"Qəbul planı 97,07 faiz dolub" - Məleykə Abbaszadə
Bugün, 12:05 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Bugün, 11:59 GÜNDƏM
-
Netanyahu canlı yayımda ağzından dövlət sirrini qaçırdı: "İran oğluma sui-qəsd cəhdi etdi"
Bugün, 11:52 DÜNYA
-
Hörmüz boğazında daha bir tanker vurulub
Bugün, 11:37 GÜNDƏM
-
Süleymançılar təriqətinə qarşı növbəti əməliyyat: 54 nəfər həbs olunub, 14 şirkətə qəyyum göndərilib
Bugün, 11:37 SİYASƏT
-
TƏBİB rəhbərindən daha br təyinat - Teymur Mirzəbəyli direktor oldu (FOTO)
Bugün, 11:19 CƏMİYYƏT
-
LAMİYƏ ZAMANIN GÜZGÜ ÜZƏRİNDƏ PORTRET ƏSƏRİNİN TƏQDİMATI OLDU - FOTOLAR
Bugün, 11:04 MƏDƏNİYYƏT
-
Kürəkən yatmış vəziyyətdə qayınatasını öldürüb
Bugün, 11:00 KRİMİNAL
-
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bugün, 10:56 CƏMİYYƏT
-
MALİYYƏ NAZİRLİYİ İLƏ AAYDA-nın YOXLAMALARI: nəticə cəmiyyətə niyə açıqlanmadı?
Bugün, 10:48 İQTİSADİYYAT
-
Ermənistanın sabiq prezidenti və oğlu qandallandı
Bugün, 10:31 GÜNDƏM
-
Faiz müqabilində borc verilməsi... - Ali Məhkəmə sələmçilərlə bağlı yeni izahat yaydı
Bugün, 10:28 CƏMİYYƏT
-
Azərbaycan təhsil tarixində yeni rekord qeydə alınıb - Bu ixtisasa keçid balı..
Bugün, 10:02 GÜNDƏM