Malinin Müdafiə naziri öldürülüb - Ölkədə matəm elan olunub

Malinin Müdafiə naziri öldürülüb - Ölkədə matəm elan olunub

DÜNYA

Bugün, 07:41

Afrika ölkəsi Malidə sensasion hadisə baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin Keçid Hökumətində Müdafiə naziri postunu tutan Sadio Kamaranın silahlı qruplar tərəfindən həyata keçirilən hücumda öldürülüb.

Hökumət sözçüsü, generalı İssa Ousmane Coulibali faktı təsdiqləyib. O bildirib ki, terrorçulardan biri bədəninə bomba bağlayaraq nazirin olduğu məkanda özünü partlatmaqla, onun ölümünü həyata keçirib: ““Canlı bomba” Bamako yaxınlığındakı Kati şəhərindəki Kamaranın iqamətgahında baş verib. O bu hadisə zamnaı yaranan atışmada ağır yaralanaraq xəstəxanada çatdırılsa da, həyatını xilas etmək mümkü olmayıb”.

Ölkə prezidenti Assimi Goita bu hadisədən sonra bu gündən etibarən ölkə daxilində iki günlük milli matəm elan edib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR