İran ərəb ölkələrindən BMT-yə şikayət etdi - Bəyanat

İran ərəb ölkələrindən BMT-yə şikayət etdi - Bəyanat

GÜNDƏM

23.04.2026, 13:19

İran Birləşmiş Millətlər Təşkilatına (BMT) ABŞ və İsrailin İrana hücum etməsinə zəmin yaradan və öz ərazilərindən hücum üçün istifadəyə icazə verən ərəb ölkələrindən BMT-yə şikayət edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, şikayətdə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər və Küveytin İrana hücumda məsuliyyət daşımaları vurğualnaraq, gərəkli tədbirlər tələb olunub: "İran eyni zamanda, birmənalı şəkildə Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı hökumətlərini mehriban qonşuluq prinsiplərinə riayət etməyə və ərazilərinin İrana qarşı davamlı istismarının qarşısını almağa çağırır. Bununla yanaşı, dünyabilməlidir ki, İran qonşu ölkələrin suverenliyinə, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmətlə yanaşır, lakin özünümüdafiə hüququ da daxil olmaqla, bütün zəruri və müvafiq tədbirləri görmək hüququnu özündə saxlayır”.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR