Yorulmuş atları güllələdilər - "Sabah" final sevincini yaşaya bilmədi

Yorulmuş atları güllələdilər - \"Sabah\" final sevincini yaşaya bilmədi 

İDMAN

Bugün, 10:23

Azərbaycan kubokunun bugünki ikinci yarımfinal görüşündən "Sabah" qalibiyyətlə ayrıldı.

Mia.az xəbər verir ki, yarımfinalın cavab görüşündə "Sabah" 2 xal fərqi ilə finala inamlı vəsiqə qazanıb. 

Bundan əvvəlki ilk qarşılaşmada tərəflər bərabərliklə (2-2) ayrılsa da, bu gün "Sabah" mükəmməl qələbəsini təmin etdi. Beləliklə, paytaxt təmsilçisi öz tarixində ikinci dəfə kubokun finalına çıxdı. Finalda "Sabah"ı daha bir Bakı klubu - "Zirə"ylə gərgin oyun gözləyir.

"Qarabağ"ən kuboku qazanaraq Avrokubok oyunlarına şans əldə etməsi xəyal oldu. Ağdam klubu premyer liqada da özünü toplaya bilmir. Həftələrdi, turnir cədvəlindəki ikinci yeri qoruyub saxlamağa çalışan "Qarabağ" bundan sonraki turlarda yerini aşağıya doğru dəyişə bilər.

Bu günki oyun bol sürprizlər, intriqa və axırda dava ilə yadda qaldı. 90+4 dəqiqədə "Sabah"ın qapısı qarşısında yaşanan epizod "Qarabağ" oyunçuları tərəfindən penaltiyə əsas kimi dəyərləndirilsə də, yarışın baş hakimi Rəvan Həmzəzadə penalti qərarı verməyərək oyunu yekunlaşdırdı. Bundan sonra stadionda dava düşdü. "Qarabağ"ın oyunçuları kütləvi şəkildə hakimə etiraz edərək onun üstünə yürüdü.

R.Həmzəzadənin "Qarabağ"ın oyunçusu M.Yankoviçə əvvəl sarı, sonra qırmızı vərəqə verməsi də vəziyyəti dəyişmədi. Ağdam klubu oyunçularının övkəsi hakimin mühafizə altına alınmasını zəruri etdi. Mühafizəçilər hakimi stadiondan çıxarmağa çalışsa da, paltardəyişmə otaqlarının dəhlizində münaqişə yenidən qızışdı. 

Vəziyyətə yumşaqlıq gətirməyə çalışan "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Qarabağ"ın oyunçularına tək-tək yaxınlaşaraq, onları qucaqladı və təsəlli verdi. Münaqişənin daha da böyüməməsiyçün "Sabah" oyunçuları finala vəsiqə sevincini sakitcə şəkil çəkdirmək və elə eyni səssizliklə azarkeşləri ilə qələbəni qeyd etdi.

"Qarabağ" oyunçuları isə münaqişəni paltardəyişmə otaqlarının dəhlizinə daşıdığı üçün azarkeşlərlə görüşə fürsət tapmadı.

Yeri gəlmişkən, Azərbaycan Kubokunun final qarşılaşması mayın 13-də “Palms Sports Arena”da olacaq.

Zülfiyyə Mustafayeva 

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR