"Yeni klinika"nın direktoru vəzifədən azad edildi: "Məlumat doğrudur" (YENİLƏNİB)

\"Yeni klinika\"nın direktoru vəzifədən azad edildi: \"Məlumat doğrudur\" (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 12:42

"Yeni Klinika"nın direktoru Barat Yusubovbu gün vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Barat Yusubovun özü məlumat verib.

O, işdən çıxarılma səbəbi ilə bağlı detalları açıqlamayıb: "Məlumat doğrudur, artıq "Yeni Klinika"nın direktoru deyiləm".

***

"İşdən çıxarılmağımla bağlı məlumatı sosial mediadan eşitdim, amma buna dair rəsmi bir bildiriş olmayıb".

Mia.az xəbər verir ki, bu barədə bakıvaxtı.az-a  "Yeni Klinika"nın direktoru Barat Yusubov işdən çıxarılmağına dair iddialara münasibət bildirərkən söyləyib.

O qeyd edib ki, məsələ ilə bağlı TƏBİB-dən hər hansı bir bildiriş, göstəriş gəlməyib: "Sosial mediada yayılan məlumata görə, TƏBİB-ə müraciət edəsi deyiləm. Hər halda belə məsələ olsa idi, mənə də bildirilərdi. Bu gün saat 6-ya qədər işdə olmuşam, sabah da saat 9:00-da işdə olacağam".

Qeyd edək ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov vəzifəsindən azad edildiyi bildirilir.

Məlumata əsasən, Barat Yusubovun ərizəsi bir müddət əvvəl alınıb və bu gün rəsmiləşdirilib.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR