Mehriban Əliyeva Yunanıstanda! - FOTOLAR

img

28-09-2014 [11:41]


Sentyabrın 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Afinada Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Yunanıstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Dora Bakoyanni, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb və birgə nahar edib. 

AzərTAc-ın verdiyi məlumata görə, axşam beş min tamaşaçı tutumu olan Afinanın qədim məkanlarından biri- "İrodio” Teatrında Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə xeyriyyə konserti keçirilib.

Konsertdə Mehriban Əliyeva, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstanın ictimai-siyasi və mədəni dairələrinin nüfuzlu şəxsləri, Afina sakinləri və turistlər iştirak ediblər.

Afina tamaşaçılarının qarşısına Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxıb.









Digər xəbərlər
SON XƏBƏRLƏR