Suriya ilə İraq arasında Keçid məntəqəsi açıldı - 13 il sonra…

Suriya ilə İraq arasında Keçid məntəqəsi açıldı - 13 il sonra…

DÜNYA

Bugün, 00:00

Suriya ilə İraq arasında yerləşən və 2013-cü ildən bağlanan Yarubiyə-Rabiya sərhəd keçid məntəqəsi bu gün açılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açılışda hər iki ölkənin yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

Məlumat üçün bildirək ki, Suriyanın Haseke əyalətindəki Yarubiya şəhəri ilə İraqın Nineva əyalətindəki Rabia şəhəri arasında yerləşən sərhəd keçid məntəqəsi 2013-cü ildə İŞİD terror təşkilatının nəzarəti altına keçib. Elə həmin ilin sonlarına yaxın kürd silahlı qruplaşması YPG Yarubiya şəhəri də daxil olmaqla bütün sərhəd keçid məntəqəsini nəzarətə götürüb. Lkain zaman-zaman sərhəd keçid məntəqəsi əldən-ələ keçib.

Sərhəd keçid məntəqəsi, Suriya hökuməti ilə YPG terror təşkilatı arasında 29 yanvar 2026-cı ildə imzalanan və hərbi və inzibati inteqrasiyanı, eləcə də neft ehtiyatlarının və sərhəd keçidlərinin ötürülməsini nəzərdə tutan müqavilənin bir hissəsi olaraq Suriya hökumətinə təhvil verilib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR