"Azərbaycan bu tələbatın qarşılanmasına hazırdır" - Elçin Əmirbəyovdan MÜSAHİBƏ
SİYASƏT
20.04.2026, 20:23
Azərbaycan ilə Çexiya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalandığı 2015-ci ildən etibarən ikitərəfli münasibətlər uğurla inkişaf edir.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində "Euro" (Financial Times) jurnalına müsahibəsində deyib.
Müsahibə zamanı Azərbaycan–Çexiya strateji tərəfdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və bu xüsusda Azərbaycanın Avropa ilə Asiya arasında vacib nəqliyyat qovşağına çevrilməsi, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
E.Əmirbəyov Çexiyanın idxal etdiyi xam neftin mühüm hissəsinin Azərbaycandan tədarük olunduğunu diqqətə çatdıraraq, iki ölkə arasında enerji əməkdaşlığının yalnız neft sektoru ilə məhdudlaşmadığını, təbii qaz, bərpaolunan enerji və digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb.
Bununla yanaşı, Azərbaycan ilə Çexiya arasında müdafiə, sənaye, texnologiyalar və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün imkanların olduğu qeyd edilib.
Müsahibədə enerji təhlükəsizliyi məsələlərinə xüsusi yer ayrılıb. E.Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinin son dövrlərin geosiyasi böhranları fonunda yaranmadığını, ölkəmizin hələ 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynadığını qeyd edib. Bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, eləcə də 2020-ci ildə tamamlanmış Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqına üzv dövlətlərdir. E.Əmirbəyov Azərbaycanın bazardakı dəyişkənlik və geosiyasi mürəkkəbliklərdən asılı olmayaraq, öhdəliklərinə sadiq, uzunmüddətli və etibarlı tərəfdaş kimi özünü təsdiq etdiyini diqqətə çatdırıb.
E.Əmirbəyov bildirib ki, Avropa hazırda həm şimalda, həm də cənubda mövcud qeyri-sabitlik fonunda əlavə enerji həcmləri axtarır. Azərbaycan isə bu tələbatın qarşılanmasına hazırdır. Bununla belə, xüsusilə təbii qaz tədarükünün artırılması üçün mövcud infrastrukturun, o cümlədən Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə ehtiyac duyulur. Bu xüsusda Avropa İttifaqının maliyyə institutları tərəfindən sərmayələrin və maliyyə dəstək mexanizmlərinin cəlb olunması vacibdir.
Hazırkı geosiyasi vəziyyət fonunda Orta Dəhlizin artan əhəmiyyətindən bəhs edən E.Əmirbəyov qeyd edib ki, Avropanın yeni bazarlara və təbii sərvətlərlə zəngin regionlara çıxışını təmin etmək baxımından Cənubi Qafqaz və Azərbaycan mühüm rol oynayır.
Müsahibədə Azərbaycan-Ermənistan sülh prosesi və regional bağlantıların bərpası məsələsinə də toxunulub. E.Əmirbəyov uzun illər ərzində münaqişə səbəbindən Azərbaycan ilə Ermənistan arasında birbaşa əlaqələrin mövcud olmadığını, regiondakı əsas marşrutların yalnız Gürcüstan və Türkiyə üzərindən keçdiyini qeyd edib. O bildirib ki, hazırda yaranmış yeni şəraitdə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün möhkəmləndirilməsinə və Cənubi Qafqazın iqtisadi potensialının gücləndirilməsinə xidmət edə bilər. E.Əmirbəyov Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Gürcüstan marşrutuna əlavə olaraq yük daşımaları üçün daha qısa və sərfəli marşrutun formalaşacağını bildirib.
Bu kontekstdə Avropa İttifaqının infrastruktur layihələrinə mümkün dəstəyi məsələsinə də toxunulub. E.Əmirbəyov qeyd edib ki, söhbət əsasən münaqişədən əvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş Naxçıvan ərazisindəki təxminən 174 kilometrlik dəmir yolunun bərpasından gedir. Bildirilib ki, sözügedən layihə üzrə artıq Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılmışdır. Avropa İttifaqının öz maliyyə resurslarını bu layihəyə cəlb etməsi təkcə nəqliyyat dəhlizlərinin inkişafına deyil, eyni zamanda regionda uzunmüddətli sülhün möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətinə dair sualı cavablandıran E.Əmirbəyov ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflandığını və tərəflərin hazırda de-fakto sülh şəraitində yaşadığını bildirib. O, ötən dövr ərzində bu istiqamətdə görülmüş etimad quruculuğu tədbirlərinə də diqqət çəkib, Ermənistana tranzit yük daşımalarına tətbiq olunan məhdudiyyətin aradan qaldırıldığını, yanacağın tədarük edildiyini və iki ölkənin vətəndaş cəmiyyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini qeyd edib.
E.Əmirbəyov Ermənistanın daxili siyasi proseslərinin də sülh gündəliyi baxımından mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb. O, Ermənistanda keçiriləcək parlament seçkilərinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması baxımından həlledici rol oynaya biləcəyini vurğulayıb. Bildirilib ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi yozula biləcək hər hansı müddəanın yer almaması sülh sazişinin imzalanması və uzunmüddətli sabitliyin təmin edilməsi baxımından prinsipial əhəmiyyət kəsb edir.
Müsahibə zamanı regional təhlükəsizlik məsələlərinə də toxunulub. E.Əmirbəyov Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, münaqişələrin beynəlxalq hüquq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. İran ətrafında gərginliyə münasibət bildirən E.Əmirbəyov bu vəziyyətin bütün region üçün ciddi narahatlıq doğurduğunu, qeyri-sabitliyin yayılmasının təhlükəsizlik, iqtisadi layihələr, enerji və bağlantı təşəbbüsləri üçün risklər yarada biləcəyini vurğulayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Artıq yaxşı adam yoxdur!" - Trampdan İranla bağlı yeni mesaj
Bugün, 00:22 GÜNDƏM
-
Dəniz quldurları daha 15 nəfəri qaçırdı – Nigeriyada
Bugün, 00:12 DÜNYA
-
Türkiyənin 24 şəhərində İŞİD əməliyyatı: 90 nəfər saxlanılıb
Bugün, 00:07 DÜNYA
-
Dövlət Baxçalı daha bir təşkilatı ləğv etdi - Sədr istefaya göndərildi
Bugün, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 GÜNDƏM
-
Suriya ilə İraq arasında Keçid məntəqəsi açıldı - 13 il sonra…
Bugün, 00:00 DÜNYA
-
ABŞ prezidenti: “İslamabadda İranla saziş imzalanacaq”
20.04.2026, 23:28 GÜNDƏM
-
Zakir Fərəcov Fərid Ərşadlını yüksək vəzifəyə təyin etdi - FOTO
20.04.2026, 23:25 CƏMİYYƏT
-
"Azərbaycan bu tələbatın qarşılanmasına hazırdır" - Elçin Əmirbəyovdan MÜSAHİBƏ
20.04.2026, 20:23 SİYASƏT
-
İranda daha iki hava limanı uçuşa açıldı
20.04.2026, 20:20 DÜNYA
-
"Neftçi"dən qəzəbli bəyanat: "Günahkarlar ən sərt formada cəzalandırılmalıdır"
20.04.2026, 19:52 İDMAN
-
Milli Məclis bəyanat yaydı
20.04.2026, 18:49 SİYASƏT
-
Regional idarəyə rəis təyin edildi
20.04.2026, 18:02 CƏMİYYƏT
-
İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında qayda təsdiqləndi
20.04.2026, 17:57 İQTİSADİYYAT
-
31 ildir vəzifədədir: Komitə sədri, nazir… - FOTO
20.04.2026, 17:53 GÜNDƏM
-
Əli Əsədovdan xəbər var - İclas keçirib (FOTO)
20.04.2026, 17:29 İQTİSADİYYAT
-
PREZİDENT BU YATAQLARLA BAĞLI SƏRƏNCAM İMZALADI - "AzerGold" QSC-nin imkanları genişləndirildi
20.04.2026, 17:29 İQTİSADİYYAT
-
Prezident Gömrük Komitəsinə əlavə səlahiyyət verdi - Bundan sonra binaların həyəti, maşınlar...
20.04.2026, 17:18 İQTİSADİYYAT
-
"Bilirəm, sən məni çox istəyirsən" - Elza Seyidcahan gənc müğənnnin "Bu, ayıb bir şeydir" sözlərinə cavab verdi
20.04.2026, 17:07 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
20.04.2026, 17:00 İQTİSADİYYAT
-
Müğənnilik qadın sənəti deyil"
20.04.2026, 16:54 ŞOU-BİZNES
-
Rəqsanənin qızı: "Bəziləri bütün toyu mənim yarım saatlıq aldığım məbləğə aparırlar"
20.04.2026, 16:53 ŞOU-BİZNES
-
Bakıda 100 min bina söküləcəl? - Komitədən yayılan xəbərə reaksiya
20.04.2026, 16:47 GÜNDƏM
-
Çin prezidentindən Hörmüzlə bağlı – AÇIQLAMA
20.04.2026, 16:29 GÜNDƏM
-
70 kq qızılla saxlanılan polkovnik-leytenant... - 7 il həbsi tələb edildi
20.04.2026, 16:13 KRİMİNAL
-
"Azercell" eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
20.04.2026, 15:59 İQTİSADİYYAT
-
İKİ ÖLKƏ SƏFİRİ XİN-ə ÇAĞIRILDI - Kəskin etiraz verildi
20.04.2026, 15:30 GÜNDƏM
-
Peskovdan Rudevin qələbəsinə şərh: “Rusiya heç vaxt dialoqdan imtina etməyib"
20.04.2026, 15:08 DÜNYA
-
Kreml sözçüsü: “Rusiyanın gücünü görməzdən gəlmək mümkün deyil" - “Əks halda, bu, regionda..."
20.04.2026, 15:00 SİYASƏT
-
Yasamalda da qaz kəsilib
20.04.2026, 14:53 CƏMİYYƏT
-
Fuad Nəcəfli istintaqa ifadə verib? - Şok iddia yayıldı
20.04.2026, 14:29 GÜNDƏM
-
Nazirlər Kabineti ləğv ediləcək? - Deputatdan iddialara reaksiya
20.04.2026, 14:14 SİYASƏT
-
BAKI MƏKTƏBİNDƏ DƏHŞƏTLİ HADİSƏ: şagirdi kimə yandırıb? - AÇIQLAMALAR
20.04.2026, 14:08 CƏMİYYƏT
-
Türklər məşhur qolkiperin xanımının hesabına təhqir yazır - “Mənə komanda tap, burada qala bilmərəm”
20.04.2026, 13:59 İDMAN