Təhsilə tənqidi yanaşmada məsuliyyət haqqında - Vahid Tağıyev yazır
YAZARLAR
20.04.2026, 10:10
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
Təhsilə yanaşmada müşahidə etdiyim bəzi meyllər haqqında düşünürəm ki, bütün hallarda sağlam niyyətli tənqid peşəkar olmalı, nöqsanların aradan qaldırılmasına xidmət etməlidir.
Cəmiyyət üçün vacib mövzularda müzakirələrə hər zaman ehtiyac var. Bu müzakirələr düzgün istiqamətdə, düşünülmüş və səviyyəli təqdim olunduqda fayda verir. Dəyərlərə olan tələbat da məhz belə müzakirələr və uğurlu praktik təcrübələrin nəticələri ilə formalaşır, dərinləşir və davamlılıq qazanır. Əks halda xaos və qeyri-müəyyənlik hökm sürür.
Xüsusilə təhsil kimi geniş və strateji əhəmiyyətli sahə cəmiyyətin böyük hissəsini əhatə etdiyi üçün hər kəs bu barədə fikir bildirməyə çalışır. Lakin təhsil sahəsi və onu idarə edənlər heç vaxt indiki qədər ümumi tənqid və bəzən də təhqir obyektinə çevrilməmişdir. Bu isə düşündürücü, narahatedici və nəticə çıxarmağı tələb edən bir tendensiyadır.
Şübhəsiz ki, nöqsanlar və çatışmazlıqlar olub, var və az deyil. İllərlə yığılmış problemlər – bir çox məsələlərin, xüsusilə müəllim və digər bütün kadrların seçilməsi, təyin edilməsinin yalnız şəxsi münasibətlər və fərdi razılaşmalar əsasında həll edildiyi, ictimai şüurda dərin izlər buraxan bir dövr yaşanılıb. Kimlərsə bəzən həmin dövrə həsədlə baxsa da, istedad, savad və bacarıq uzun müddət arxa planda qalmış, bu isə adi hala çevrilmişdi. Bu stereotiplərdən xilas olmaq asan deyil və əzmkar yanaşma tələb edib.
Müasir təhsil sistemində çatışmazlıqların həm görünən, həm də görünməyən tərəfləri var. Düşünürəm ki, hazırda əsas problem daha çox təhsil fəlsəfəsinə yanaşma ilə bağlıdır. Bu isə təhsilin mahiyyəti, məqsəd və hədəflərində qeyri-müəyyənlik yaradır. Bəzən bu problemin təhsili idarə edən strukturlarda da müşahidə olunması narahatlıq doğurur.
Bu barədə dəfələrlə təhlili, tənqidi və təklif xarakterli yazılarla çıxış etmişəm. Lakin ömrünü təhsilə həsr etmiş bir insan kimi bu sahənin uğurlarını görməzdən gəlib, onu bütövlükdə yalnız aşağılayan yanaşma mənə ağır gəlir.
Ən çox düşündürən məqam isə odur ki, təhsildə fədakarcasına çalışan, bütün varlığını bu sahəyə həsr edən, bacarıqlı və günahsız çoxsaylı müəllimlər bu ümumi yanaşmanın kölgəsində qalır.
Təhsilin bütövlükdə kütləvi tənqid obyektinə çevrilməsi doğru deyil. Orta məktəb rəhbərləri, regional və mərkəzi təhsil strukturlarında təməl prinsiplərə sadiq, əqidəli və bacarıqlı kadrlar vardır ki, təhsilimizin inkişafına töhfə verməyə çalışırlar.
Son 10–15 ildə əldə olunan nailiyyətləri də inkar etmək mümkün deyil. Bir vaxtlar müşahidə olunan qeyri- obyektivliklər bu gün xeyli dərəcədə aradan qaldırılmışdır. Fənn olimpiadaları, müxtəlif müsabiqələr, ali məktəblərə qəbul, eləcə də pedaqoji kadrların seçimi, təyinatı və yerdəyişməsi sahəsində şəffaflıq əhəmiyyətli dərəcədə artmışdır. Ayrı-ayrı hallarla bağlı şübhələr yaransa da, bütövlükdə ədalət prinsipini görməzdən gəlmək düzgün olmaz.
Yaranmış bir çox reallıqlar təlim- tərbiyə prosesinin, habelə cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək üçün mühum mərhələ olan ümumi təhsilin məqsədyönlü təşkilinə mane olur. Belə ki, ali təhsilə qəbul proqramlarının ümumtəhsil səviyyəsi ilə uyğunlaşdırılmaması ciddi çətinliklər yaradır. Etiraf etməliyik ki, cəmiyyətdə ümumi təhsilə daha çox ali məktəblərə qəbul vasitəsi kimi yanaşma mövcuddur. Nəticədə məktəbin təlim-tərbiyə funksiyası zəifləyir, repetitorluq isə ön plana keçir. Bu isə sistemli və köklü islahatlar tələb edir. Son zamanlar bu kimi problemlərin həlli üçün müəyyən tədbirlər görülsə də bunlar kifayət etmir.
Belə bir şəraitdə məsuliyyətin yalnız müəllimin üzərinə qoyulması ədalətli deyil. Əksinə, müəllimə qarşı əsassız ittihamlar və aşağılayıcı münasibət onun fəaliyyətinə və motivasiyasına mənfi təsir göstərir. Bu cür yanaşmalara son qoyulmalıdır!
Eyni zamanda, təhsil işçilərinin məsuliyyətinin, bilik və bacarıqlarının artırılması istiqamətində davamlı iş aparılması da zəruridir. Artıq bu sahədə müəyyən nailiyyətlər var.
Unutmamalıyıq ki, təhsilin və tərbiyənin səviyyəsi birbaşa məktəbin nüfuzu, müəllimə göstərilən hörmət və ehtiramla bağlıdır.
Hazırda dünyada gedən böyük siyasi, hərbi mübarizələr, güc nümayişi və rəqabətlər gündən- günə güclənən dövlətimizin qüdrətinin daim artmasını indi həmişəkindən daha çox tələb edir. Bütün sahələrdə uğur, inkişaf, rəqabətədavamlılıq isə müasir tələblərə cavab verən yüksək, keyfiyyətli təhsillə qazanılır.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda magistral yolda qaçan cins atlar kimindir? - VİDEO
Bugün, 12:28 CƏMİYYƏT
-
Sabah hava yağışlı olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
İlham Əliyev Sinqapurun prezidentinə mətub göndərib - MƏTN
Bugün, 11:19 GÜNDƏM
-
Daha iki vəkil həbs olunub
Bugün, 09:55 KRİMİNAL
-
Xocavənddə buldozer minaya düşüb
08.08.2026, 21:07 GÜNDƏM
-
PREZİDENT İLHAM ƏLİYEVLƏ TRAMP TELEFONDA DANIŞDI: nələr müzakirə olunub?
08.08.2026, 19:42 GÜNDƏM
-
İrandan ölkəmizə PUA ilə göndərilən narkotik... - Saxlanılanlar var + VİDEO
08.08.2026, 18:11 KRİMİNAL
-
“Prezident İlham Əliyev müharibəni qazandı, lakin o, həm də sülhü qazandı!” - Hikmət Hacıyev + VİDEO
08.08.2026, 14:50 GÜNDƏM
-
Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
08.08.2026, 14:45 CƏMİYYƏT
-
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
08.08.2026, 13:58 SİYASƏT
-
PAŞİNYAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
08.08.2026, 12:32 GÜNDƏM
-
Xəzərdə boğulan 16 yaşlı uşağın meyiti tapıldı
08.08.2026, 12:14 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
08.08.2026, 12:07 CƏMİYYƏT
-
"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var" - Blogerin bacısı kürəkəninin ölümündən yazdı
08.08.2026, 11:45 CƏMİYYƏT
-
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
08.08.2026, 11:01 GÜNDƏM
-
Xocavənddə traktor minaya düşüb
08.08.2026, 10:49 GÜNDƏM
-
Ağdaşda İTV əməkdaşlarına hücum edildi – Həmin anın VİDEOSU
08.08.2026, 10:47 PRESS
-
Gəncədə vəkilin qardaşı öldürülüb - TƏFƏRRÜAT
08.08.2026, 10:43 KRİMİNAL
-
Azərbaycanın diplomatik zəfəri: Vaşinqton bəyannaməsi nələri dəyişdi?
08.08.2026, 10:28 SİYASƏT
-
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
08.08.2026, 10:03 İQTİSADİYYAT
-
Paşinyan: "Yaxın vaxtlarda TRIPP-in icrasına başlayacağıq" - "Bu, böyük regional və beynəlxalq hadisə olacaq"
08.08.2026, 09:51 GÜNDƏM
-
Rəsmi Bakı Gürcüstanla bağlı bəyanat yaydı
08.08.2026, 09:12 SİYASƏT
-
Bakıda vəkil həbs edilib
07.08.2026, 23:40 GÜNDƏM
-
Eren Derdiyok "Qalatasaray"da baş məşqçi oldu
07.08.2026, 23:38 İDMAN
-
Etna dağı yenidən aktivləşib
07.08.2026, 21:10 DÜNYA
-
Daha bir tiktoker cəzalandırıldı
07.08.2026, 20:07 PRESS
-
2500-ə yaxın internet resurslarının idarəetmə panellərini "qıran" şəxslər saxlanıldı - VİDEO
07.08.2026, 19:57 KRİMİNAL
-
İcra başçısının sabiq müavininə hökm oxundu
07.08.2026, 18:57 KRİMİNAL
-
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ
07.08.2026, 18:09 YAZARLAR
-
Bu tarixdə leysan yağacaq - Xəbərdarlıq
07.08.2026, 18:00 GÜNDƏM
-
"Rəşad Dağlının əfv siyahısına salınmasına əsas yoxdur"
07.08.2026, 17:45 MƏDƏNİYYƏT
-
AQTA heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlayıb
07.08.2026, 17:33 İQTİSADİYYAT
-
Yeni Partiya bu partiyanın qərargahına köçür - Aylıq 4 milyon tl kirayə haqqı var
07.08.2026, 17:18 DÜNYA
-
Mətbuat katibi: "ADY Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir..."
07.08.2026, 17:05 CƏMİYYƏT