Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
GÜNDƏM
08.08.2026, 11:01
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında təqsirləndirilən dəstənin - “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektoru Heydər Eyvazlı, Tamerlan Axundzadə, tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Məhkəmə təqsirləndirilənlərdən Heydər Eyvazovun vəkilinin vəsatəti ilə davam edib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını məhkəmədən xahiş edib.
Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.
Daha sonra zərərçəkən qismində tanınan Dövlət Gömrük Komitəsinin nümayəndəsi B. Həsənov ifadə verib.
O bildirib ki, aksiz markası olmayan məhsullarla bağlı məlumat daxil olduqdan sonra əməliyyat tədbirləri həyata keçirilib.
Zərərçəkənin nümayəndəsi daha sonra dövlət ittihamçısının və müdafiə vəkillərinin suallarını cavablandırıb.
Növbəti proses oktyabrın 2-nə təyin olunub.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.
Ruslan Eyyubov daha sonra səhhəti ilə əlaqədar məhkəmənin qərarı ev dustaqlığına buraxılıb.
Hazırda Ruslan Eyyubovun cinayət işi üzrə istintaq araşdırması davam edir/lent.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Domeniko Tedesko 4 oyun sonra istefaya göndərildi
Bugün, 16:21 İDMAN
-
Şahin Mustafayev Federasiya prezidenti seçilib
Bugün, 16:06 İDMAN
-
"Leytenant" rütbəsi ilə bağlı hərbi qanunlar dəyişir - DETALLAR
Bugün, 16:05 GÜNDƏM
-
Prezident deputatı təltif etdi - Sərəncam
Bugün, 15:59 GÜNDƏM
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
Bugün, 15:47 GÜNDƏM
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb
Bugün, 15:29 CƏMİYYƏT
-
"Siz videoda butulka görürsünüz?" - Baləli ilə meyxanaçı toyda dalaşıblar
Bugün, 15:22 ŞOU-BİZNES
-
"Qalatasaray" 30 milyon avroya aldığı futbolçunu yola salmaq üçün yol axtarır
Bugün, 15:06 İDMAN
-
Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif olunub
Bugün, 14:57 DÜNYA
-
“Veysəloğlu” MMC Azərbaycanda ilk dəfə “BRCGS Storage and Distribution” sertifikatını əldə edib (FOTO)
Bugün, 14:44 İQTİSADİYYAT
-
Əhdiman və dostu sərbəst buraxıldı
Bugün, 14:27 KRİMİNAL
-
Azərbaycanda internet tarifləri artırılır
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır
Bugün, 14:08 MƏDƏNİYYƏT
-
Havvaxanım Rüstəmovaya hökm oxundu
Bugün, 13:36 KRİMİNAL
-
Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
Bugün, 13:25 SİYASƏT
-
"Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlanıb
Bugün, 13:13 İDMAN
-
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub
Bugün, 13:07 İQTİSADİYYAT
-
İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi
Bugün, 12:58 DÜNYA
-
ABŞ ordusu yanacaq qaçaqmalçılarına qarşı əməlyyat keçrdi - Tanker batırıldı
Bugün, 12:58 DÜNYA
-
Cavid Qurbanovun əmisi oğlu nədə ittiham olundu? - Məhkəmə hökm çıxardı
Bugün, 12:41 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq? - Samir İsmayıldan açıqlamalar
Bugün, 12:25 İQTİSADİYYAT
-
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
Mourinyo: "Arda Gülər vazkeçilməz deyil"
Bugün, 12:00 İDMAN
-
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib - MƏTN
Bugün, 11:53 GÜNDƏM
-
İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bugün, 11:53 SİYASƏT
-
Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara "hə" dedi
Bugün, 11:39 GÜNDƏM
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Bugün, 11:32 GÜNDƏM
-
Lionel Messi bu matçla milli komanda ilə vidalaşacaq
Bugün, 11:22 İDMAN
-
DAHA BİR QHT SƏDRİNƏ HÖKM OXUNDU
Bugün, 11:17 SİYASƏT
-
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Bugün, 11:12 SİYASƏT
-
ETN-dən növbəti əmr: məktəblərdə tədris planları təsdiqlənib
Bugün, 11:06 GÜNDƏM
-
Adil Rzayev baş həkim təyin olundu
Bugün, 11:00 CƏMİYYƏT