Hikmət Hacıyev: "Buna son qoyulduqdan sonra sülh sazişini imzalamağa hazır olacağıq" - VİDEO

Hikmət Hacıyev: \"Buna son qoyulduqdan sonra sülh sazişini imzalamağa hazır olacağıq\" - VİDEO

SİYASƏT

Bugün, 19:55

"Türkiyə-Azərbaycan əlaqələri dünya üçün bir örnəkdir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində "Haber Global" telekanalına eksklüziv müsahibəsində deyib.

Ermənistan-Azərbaycan arasında paraflanan sülh sazişindən sonra proseslər barədə danışan H.Hacıyev bildirib ki, Azərbaycan sülh gündəliyi ilə bütün dünya, eləcə də region üçün bir nümunə təqdim edib: "Bu günə qədər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olsa da, 30 il ərzində münaqişənin həlli ilə əlaqədar model ortaya qoymadı. Bu gün əminliklə və sevinclə deyə bilərik ki, regionda münaqişə artıq bitib".

O bəyan edib ki, Ermənistan və Azərbaycan normallaşma prosesinə qədəm qoyub: "Vaşinqton zirvəsindən sonra onun ruhuna sadiq olaraq Azərbaycan bütün regionun transformasiyası istiqamətində addımlar atır. Bu xüsusda, Ermənistan-Azərbaycan arasında ikili ticarət münasibətləri başlayıb. Təbii ki, hələ də həll edilməli olan mövzular var. İlk növbədə, Ermənistanın Konstitusiyası ilə bağlı məsələlərdir ki, Azərbaycana qarşı ərazi iddialarına tam olaraq son qoyulduqdan sonra sülh sazişini imzalamağa hazır olacağıq".

O, həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətinə bir daha toxunaraq bildirib ki, zamanında İstanbuldan Şanxaya dəmir yolunun olması utopik fikir kimi səslənsə də, Zəngəzur dəhlizinin qurulması ilə bu, reallığa çevriləcək: "Bu da Azərbaycan və Türkiyə üzərindən bizi Mərkəzi Asiyadakı qardaşlarımızla birləşdirərək bölgəmizdə Orta dəhliz konsepsiyasına uyğun olan bir yol yaradacaq. Bu xüsusda, Azərbaycan və Türkiyə Ermənistanla sülh şəraitində yaşamaq, bölgəmizdə davamlı sülhün və iş birliyinin təmin olunması istiqamətində ciddi işlər görür".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR