Dövlət Baxçalı daha iki təşkilatı ləğv edib - Sədrlər istefaya göndərilib

Dövlət Baxçalı daha iki təşkilatı ləğv edib - Sədrlər istefaya göndərilib

SİYASƏT

Bugün, 16:04

Təxminən 20 gün əvvəl İstanbul şəhər təşkilat və ona bağlı 39 rayon şöbəsini, dünən isə Kütahya şəhər təşkilatını ləğv edərək, sədrlərini istefaya yollayan MHP sədri Dövlət Baxçalı bu gün daha iki təəccüblü qərar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün o, daha iki şəhər təşkilatını ləğv edib, sədrlərini isə istefaya yollayıb.
MHP-dən bldirilib ki, partiya nizamnaməsinin 52 və 54-cü maddələri ilə verilən səlahiyyətə əsasən, Çanaqqala və Biləcik şəhər təşkilatları ləğv olunub.
Məlumatda deyilir ki, digər qərarla Biləcik Təşkilatının yenidən formalaşdırılması Talha Özkana, Çanaqqala şəhər təşkilatı isə Salih Altınkayaya həvalə edilib.
Firudin Səfərli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR