Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib

Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib

İQTİSADİYYAT

Bugün, 15:40

Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aktiv məşğulluq tədbiri Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında keçirilib. Yarmarkada satış məsləhətçisi üzrə vakansiyalar təqdim olunub.

Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Vətəndaşlar Agentliyin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR