AGENTLİK İŞÇİLƏRİNİN MAAŞI NİYƏ ÖDƏNİLMİR? - "Yeni rəhbərlik gəldi, düşündük, daha yaxşı olar, ancaq daha betər günə gəldik..."

AGENTLİK İŞÇİLƏRİNİN MAAŞI NİYƏ ÖDƏNİLMİR? - \"Yeni rəhbərlik gəldi, düşündük, daha yaxşı olar, ancaq daha betər günə gəldik...\"

İQTİSADİYYAT

Bugün, 13:49

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) maaş böhranı yaranıb.

Bu barədə Mia.az-a verilən məlumat verən Agentliyin tabeliyindəki idərələrdən birinin əməkdaşları deyir ki, aprel az qala bitir, lakin hələ də mart ayının maaşını belə almayıblar: "Camaatın krediti, dərdi, problemləri var. Yeni rəhbərlik gəldi, düşündük, daha yaxşı olar, ancaq daha betər günə gəldik..."

Məlumatda deyilir ki, demək olar bütün idarələrdə maaşlar gecikir: "Yanvar ayından vəziyyət belədir, maaşlar gecikmələrlə ödənilir".

Xəbərdə deyilir ki, 3, 5, 7 və digər idarələrİn işçilər gecikməyə görə rəsmi orqanlara şikayətə hazırlaşırlar.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR