Müavin direktor təyin edildi - FOTO

Müavin direktor təyin edildi - FOTO

GÜNDƏM

17.04.2026, 11:06

Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifəsinə yeni təyinat olub.

Mia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentliyin direktoru Ülkər Səttarovanın əmrinə əsasən, kollecinin direktoru vəzifəsinə Vasif Müslümov təyinat alıb. 

Ü.Səttarova aprelin 16-da yeni direktoru kollektivə təqdim edib. 

Qeyd edək ki, V.Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb, 30 ildən artıq pedaqoji təcrübəyə malikdir. Son təyinata qədər Şamaxı Dövlət Regional Kollecində tərbiyə işləri üzrə direktor müavini və direktor vəzifəsini müvəqqəti icra edən şəxs olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR