Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"

Şahin Mustafayev: \"Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik\"

SİYASƏT

Bugün, 15:02

Azərbaycan Rusiya ilə münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.

Mia.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

O qeyd edib ki, hər iki ölkənin prezidenti strateji kursu müəyyən edir, əsas istiqamətləri təyin edir və bütün sahələr üzrə qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə lazımi təkan verirlər: "Biz əminik ki, münasibətlərimiz bundan sonra da 2022-ci il Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etibar və müttəfiqlik qarşılıqlı əlaqəsi ruhunda inkişaf edəcəkdir. Bu kontekstdə Azərbaycan və Rusiya Prezidentlərinin keçən il oktyabrın 9-da Düşənbədə görüşünün nəticələri xüsusi əhəmiyyət kəsb edib ki, bu görüş ikitərəfli əməkdaşlığın yeni səhifəsini açmış və onun inkişafının gələcək prioritetlərini müəyyənləşdirib"(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR