Derbi öncəsi “Qalatasaray”lıları həyəcanlandıran xəbər – Osimhen oynayacaq?

Derbi öncəsi “Qalatasaray”lıları həyəcanlandıran xəbər – Osimhen oynayacaq?

İDMAN

Bugün, 11:24

"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen ağır zədədən sonra komanda ilə məşqlərə başlasa da, "Fənərbağça" ilə derbidə oynaması şübhə altındadır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubun tibbi heyətindən ona oynamamaqla bağlı ciddi xəbərdarlıq olunub.

“Milliyet"in xəbərinə görə, klub həkimləri baş məşqçi Okan Buruka oyunçunun bu matçda iştirak etməsinin riskli olacağını bildiriblər: “Bununla belə, oyunçu üçün xüsusi qoruyucu sarğı hazırlanıb və texniki heyət çox ciddi ehtiyac yaranarsa, məhz bu sarğı ilə Osimheni meydana buraxa bilər”

Məlumatda o da deyilir ki, hücumçu aprelin 18-də keçiriləcək Ankaraya yollanacaq heyətə daxil edilsə də, "Gənclərbirliyi” matçında oynamayacaq.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR