“ÇİN ÇİNDİR, BİR GÜN ONLAR, SABAH BİZ...” – Tramp Pekinə səfərə hazırlaşdığını və "orada məni qucaqlayacaqlar” dedi

“ÇİN ÇİNDİR, BİR GÜN ONLAR, SABAH BİZ...” – Tramp Pekinə səfərə hazırlaşdığını və \"orada məni qucaqlayacaqlar” dedi

GÜNDƏM

Bugün, 00:02

ABŞ prezidenti Tramp İranla bağlı Çinlə anlaşdığını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Fox News-a müsahibəsində danışıb.

Tramp bildirib ki, o, artıq Çinlə İrana silah göndərməmək barədə razılığa gəlib: "Çin Hörmüz boğazını daimi olaraq blokadada saxlamağımdan çox məmnundur. Bunu onlar və dünya üçün edirəm. Bu vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah göndərməmək barədə razılığa gəliblər".

Tramp daha sonra Çin prezidenti Si Cinpinlə münasibətlərinə toxunub, onu yenə də tərifləyib: "Bir neçə həftə sonra çinə gedəcəyəm. Əminəm, ora gedəndə prezident Si məni böyük səmimiyyətlə qucaqlayacaq. Biz ağıllı və çox yaxşı formada birlikdə çalışırıq. Bu, döyüşməkdən daha yaxşı deyilmi?! Amma unutmayın ki, əgər biz döyüşməyə məcbur olsaq, döyüşməkdə çox yaxşıyıq, özü də hər kəsdən daha yaxşıyıq."

Tramp Federal Təhükəsizlik Bürosunun Çindən qaynaqlandığı iddia edilən böyük bir kiberhücumla üzləşdikləri barədə açıqlamasına da maraqlı şərh verib: "Ola bilər. Zamanla biz bunu onlara edirik, onlar da bizə edirlər. Bu gün onlar bizə hücum edib, sabah yenə biz edəcəyik. Bu, kəşfiyyatın işidir. Unutmayaq, Çin Çindir…".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR