"ƏGƏR ANLAŞA BİLSƏK..." - Tramp və Vensdən İrana mesajlar

\"ƏGƏR ANLAŞA BİLSƏK...\" - Tramp və Vensdən İrana mesajlar

GÜNDƏM

Bugün, 08:29

ABŞ prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vens İranla bağlı dünyanı rahatlayacaq açıqlamalar veriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp İranla bağlı prosesin hələ tamamlanmadığını lakin danışıqların davam etdiyini açıqlayıb.

O, buna rəğmən, İrana qarşı müharibənin sona yaxınlaşdığını deyib.

“Fox News”a müsahibə verən Tramp deyib ki, əgər İran xüsusən nüvə silahı ilıə bağlı şərtləri yerinə yetirsə, o zaman iqtisadiyyatına qoyulan qadağalar götürülə bilər: "Düşünürəm ki, müharibə sona çox yaxındır. Yəni, vəziyyəti sona çox yaxın görürəm. Əlbəttə, bu gün ABŞ-ın bölgədən tamamilə çəkilsə belə, İranın özünü toparlaması, ölkəni yenidən qurması üçün azı 20 il lazım olacaq. Ancaq orada işimzi hələ bitməmişik, görəcəyik nə olacaq. Düşünürəm ki, onlar bizimlə səmimi razılaşmaq istəyirlər. İndi açıq deməliyəm ki, əgər ABŞ ordusu İrana hücum etməsəydi, Tehran çoxdan nüvə silahına sahib olacaqdı. Əgər onların nüvə silahı olsaydı, bu, dünya üçün çox təhlükəli olardı. Biz onların diqqətini və planını dağıtdıq…”.

Tramp İranla danışıqların ikinci mərhələsinə hazırlıq getdiyini də növbəti dəfə təsdiqləyib: “Bəli, növbəti iki gün ərzində görüş baş tuta bilər. Əgər xüsusən nüvə silahı ilə bağlı anlaşa bilsək, İran iqtisadiyyatına yol açılacaq. Qarşıdakı iki gün həlledici olacaq. Ya İranla anlaşaraq yola davam edəcəyik, ya da onların bütün potensialını məhv edəcəyik. Hər şey bu iki həftəlik atəşkəs dövründə olacaq. Atəşkəs əsla uzadılmayacaq".

Yeri gəlmişkən, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Corciyadakı "Dönüş Nöqtəsi ABŞ" tədbirində çıxış edərək, Tramp administrasiyasının İranla məhdud deyil, geniş maddələrlə zəngin razılaşma əldə etməyi hədəflədiyini bəyan edib: "Prezident Tramp böyük bir razılaşma istəyir. Onun İrana təklif etdiyi şey çox sadədir. Əgər siz normal bir ölkə kimi davranmağa hazırsınızsa, biz də sizə iqtisadi cəhətdən normal bir ölkə kimi yanaşmağa hazırıq”.

Vens xatırladıb ki, artıq tərəflər bir həftədir atəşkəsə əməl edir: “Bu proses daha geniş bir strategiyanın bir hissəsidir. Hazırda diplomatik proses fəal şəkildə irəliləyir. Tramp administrasiyasının əsas prioriteti İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Bunu əldə etmək üçün çalışacağıq, çünki bu, dünya üçün çox yaxşı olardı”.

İki ölkə arasındakı dərin etimadsızlığa da diqqət çəkən Vens deyib: “Bu problemi bir gecədə həll edə bilməzsiniz. Düşünürəm ki, qarşımızda oturanlar razılaşma əldə etmək istəyirlər. ABŞ prezidenti də bizə vicdanla danışıqlar aparmağımızı söylədi. Və biz də bunu etdik, etməyə davam edəcəyik”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR