Çempionlar Liqası: "Liverpul" PSJ matçından əvvəl reklam şitlərini geri çəkdi

Çempionlar Liqası: \"Liverpul\" PSJ matçından əvvəl reklam şitlərini geri çəkdi  

İDMAN

14.04.2026, 20:42

Bu gün saat 23.00-da dogma meydanında Çempionlar Liqasının ¼ finalının cavab oyununda PSY ilə qarşılaşacaq “Liverpul” stadionda reklam lövhələrinin yerlərində dəyişiklik edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2-0 hesablı məğlubiyyətin revanşına çıxacaq ingilis klubunun rəsmiləri Noa Langın “Qalatasaray” matçında aldığı ciddi zədəyə bənzər hadisənin bir daha yaşanmaması üçün qabaqlayıcı addım atıb.

Məlumata görə, “Liverpul” Enfilddəki reklam lövhələrini daha təhlükəsiz məsafəyə çəkib.

Xatırladaq ki, Noa Lang “Liverpul”la “Qalatasaray” oyununda reklam lövhələrinə dəydikdən sonra baş barmağının bir hissəsini itirib.

Məhz bu hadisə ilə bağlı futbolçu UEFA-ya şikayət edib və hazırda araşdırma başlayb: “Klubu bu hadisəyə görə cəza gözləyir”.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR