""Fənərbağça”ya qalib gələcəyik"

\"\"Fənərbağça”ya qalib gələcəyik\"

İDMAN

14.04.2026, 20:07

Türkiyə Super Liqasının 30-cu turunda “Fənərbağça” ilə qarşılaşacaq liqanın sürpriz komandalarından sayılan “Çaykur Rizespor”dan iddialı açıqlamalar verilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə açqlama verən “Çaykur Rizespor”ın rəsmilərindən Həsən Yavuz Bakır səfər oyununa baxmayaraq, İstanbula böyük inamla yollanacaqlarını deyib.

Onun sözlərinə görə, bu matçda ən azı bir xal qazanmaq hədəfləridir: “"Fənərbağça" matçı xal qazanacağımıza inandığımız oyundur. İnanıram ki, “Rizespor” bu çətin matçda qalib gələcək. Ən pis halda isə bir xalla dönəcəyik. Biz son illərdə ən yaxşı heyəti topladıq. Son həftələrdə isə yüksəlişdəyik. Məqsədimiz turnir cədvəlində ilk 10-luqda olmaqdır"

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR