Gəncə komandası uduzdu - Tovuz voleybolçuları finala çıxdı (VİDEO)

Gəncə komandası uduzdu - Tovuz voleybolçuları finala çıxdı (VİDEO)

İDMAN

Bugün, 19:24

Qadın voleybolçuların Yüksək liqasında hazırda sonuncu yarımfinal oyunu keçirilib.

Mia.az xəbər verir ki, aprelin 13-də Tovuzda Olimpiya İdman Kompleksində rayonun qadınlardan ibarət "Turan" voleybol komandası Gəncə həmkarlarını qəbul edib. 

Tovuz komandası matçda qalib gələrək finala yüksəlib. 

Qeyd edək ki, yarımfinal oyunlarına aprelin 8-dən start verilib. Bundan əvvəl, aprelin 11-də keçirilən yarımfinal oyununun qalibi isə "DH Volley" klubu olub. Keçən il yaradılan və artıq builki yüksək liqanın finalına qədər gəlib çıxan komanda yarımfinalda Milli Aviasiya Akademiyasının qadın voleybol komandasını məğlub edib.

Yeri gəlmişkən, kişi voleybolçularımız da aprelin 7-dən etibarən yarımfinal oyunlarında mübarizə aparır. Aprelin 14-də yarımfinalın 2 cavab oyunu baş tutacaq: "Xilasedici"-"Murov Az Terminal"ı, "Neftçi" isə "Ordu"nu qəbul edəcək. 

Xatırladaq ki, bu il Azərbaycan qadın voleybolu üzrə Avropa çempionatına ev sahibliyi edir. Beynəlxalq yarışmanın Bakıdakı qarşılaşmaları 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək. Avropa çempionatının oyunları həmçinin Türkiyə, Çexiya və İsveçdə baş tutacaq.

Azərbaycan millisi C qrupunda yer alıb. Komandamızın rəqibləri Portuqaliya, Belçika, Niderland , Rumıniya və İspaniya yığmalarıdı. Qadın Voleybol yığmamız 3 oyunu evdə, 2 oyunu isə səfərdə keçirəcək. 

Qeyd edək ki, bu gün final üçün yarışan komandaların tərkibindəki voleybolçularımız millidə də təmsil olunur. 

Dünən "Turan" voleybol klubunun rəhbərliyi komandanı yarımfinala yüksəlməsi münasibətilə təbrik edərək, onlara xatirə hədiyyələri təqdim edib. 

Zülfiyyə Mustafayeva 

Mia.az

Tovuz

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR