Papa Trampa cavab vermədi: "Onunla mübahisəyə girmək istəmirəm"

Papa Trampa cavab vermədi: \"Onunla mübahisəyə girmək istəmirəm\"

GÜNDƏM

Bugün, 14:16

Papa Leo Donald Trampın şəxsinə yönəlik tənqidlərinə cavab vermək istəməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Trampın təhqir və ya tənqidlərinə məhəl qoymadan çağırışlarını davam etdirəcəyini açıqlayıb.

Əlcəzairə səfəri ərəfəsində təyyarədə Reuters agentliyinə danışan Papa bildirib ki, xristianlığın mesajı siyasi məqsədlər üçün sui-istifadə deyil: “Trampla mübahisəyə girmək istəmirəm. Ancaq deməliyəm ki, bəziləri İncilin mesajını təhrif edir. Bu, böyük səhvdir”

Xatırladaq ki, Tramp Papanı tənqid edərək, onu cinayətkarlıqla mübarizədə zəif, xarici siyasətdə isə qeyri-kafi davranmaqda ittiham edib.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR