Orxan Fikrətoğlu sədr gəlmək istəmir - Nazirin müşaviri yayılan xəbərə belə reaksiya verdi 

Orxan Fikrətoğlu sədr gəlmək istəmir - Nazirin müşaviri yayılan xəbərə belə reaksiya verdi 

MƏDƏNİYYƏT

Bugün, 15:35

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri vəzifəsi uğurunda mübarizə başlayıb.

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev səsvermə hüququ olmasa da, qurultayda dəstək verəcəyi namizədin adını açıqlayıb. O bildirib ki, AKİ-nin yeni sədri Şəfiqə Məmmədova olmalıdır: "Şəfiqə Məmmədovadan başqa orada nüfuzlu adam yoxdur. O, qurumda qalan yeganə nüfuzlu adamdır".
Mia.az qaynarinfo-ya istinadla xəbər verir ki, AKİ rəhbəri kreslosu uğrunda mübarizəyə daha bir nəfər qoşulub.
Məlumata görə, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu ittifaqa sədr gəlmək istəyir.
Məlumatlı şəxsin sözlərinə görə, Orxan Fikrətoğlu Kino Agentliyinin baş direktoru vəzifəsini icra edərkən Yazıçılar İttifaqı ilə Kinematoqrafçılar İttifaqının birləşdirilməsini və hər iki qurumu Mədəniyyət Nazirliyinə tabe edilməsini təklif edib.
Məsələ ilə bağlı Orxan Fikrətoğlu ilə əlaqə saxladıq. Nazir müşaviri açıqlamasında məsələdən məlumatsız olduğunu bildirdi. Orxan Fikrətoğlu belə bir istəyinin olmadığını da vurğuladı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR