Saşa İliç Mia.az-a danışdı: "Əslində, hər oyundan öncə dua edirik" - VİDEO

Saşa İliç Mia.az-a danışdı: \"Əslində, hər oyundan öncə dua edirik\" - VİDEO

İDMAN

Bugün, 15:11

Premyer liqanın 27-ci turunda "Turan-Tovuz" oyununda məğlubiyyətdən sonra "Sumqayıt" klubunun baş məşqçisi Saşa İliç mia.az-ın əməkdaşının suallarını cavablandırıb. 

Yeri gəlmişkən, "Sumqayıt" klubu oyundan bir gün əvvəl regiona gəlib. Komandanın baş məşqçisi Saşa İliç Gəncəyə gedərək Pasxanı qeyd edib. O, Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində şam yandıraraq dua edib.

- Deyirsiniz ki, oyunun birinci hissəsini qorxaq oynadıq. Bu qorxaqlığın səbəbi nəydi, sizcə?

- Düzü, bilmirəm nəyə görə. Ola bilər, məkan, stadion onlara təsir elədi. Yenə də hər dəfə olduğu kimi, öz səhvlərimizdən qollar buraxdıq. 

- Dünən Gəncədə kilsədə pasxanı qeyd etmisiniz. Oyunda qələbə üçün də dua etdinizmi?

- Əslində, hər oyundan öncə dua edirik. Amma artıq başa düşürük ki, Avrokuboklarda oynamaq üçün şansımız qalmayıb. Sadəcə, fikrimizi premyer liqa oyunlarına yönəltmişik, burada yaxşı oynamağa çalışırıq. Amma bəzən oyunların gedişatına hakimlərin səhvləri də təsir edir. Məsələn, eşidirik, xəbərlərdə də siz görürsünüz ki, penaltinin olub-olmamasıyla bağlı epizodlarda mübahisələr açılır. Bunu "Araz-Naxçıvan"la oyunda gördük. Bu günki oyunda da 90 dəqiqənin sonunda hakim əlavə vaxtı daha çox artıra bilərdi. Amma artırmadı. Yəni, belə kiçik səhvlər nəticələrə çox təsir edir. 

Yeri gəlmişkən, qeyd edək ki, dünənki oyunun sonunda hakim Kamranbəy Rəhimov oyunun 1-ci hissəsinin əsas vaxtına 2 dəqiqə, 2-ci hissənin əsas vaxtına isə 4 dəqiqə əlavə edib.

Zülfiyyə Mustafayeva 

Mia.az 

Tovuz

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR